Tarix:17/06/15
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də ikitərəfli görüşlər üçün yaradılmış saytda qeydiyyatdan keçməyə dəvət olunur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, sərgi 31 oktyabr tarixinə qədər davam edəcək.
Təşkilat Komitəsindən qeyd edilib ki, altı ay ərzində Milan 3 beynəlxalq təşkilat, eləcə də 145 iştirakçı ölkə üçün ən yaxşı, qabaqcıl texnologiyaların nümayişində qlobal vitrin olacaq. 1,1 milyon kvadrat metr sahəni əhatə edən “Expo Milan 2015” 20 milyon ziyarətçini özünə cəlb edəcək.
Sərgi çərçivəsində inkişaf edən ölkələrdə sosial və iqtisadi islahatlara gətirib çıxaracaq ən yaxşı texnologiyalara əlçatanlığın təmin edilməsi məqsədilə innovativ ideyalar və texnologiyalar üçün açıq beynəlxalq tender də nəzərdə tutulub. Tender üçün son qeydiyyat iyun ayının 30-da tamamlanır.
Bu təşəbbüs BMT-nin Sənayenin İnkişafı Təşkilatının (UNİDO) Sərmayələrin və Texnologiyaların Təşviqi üzrə İtaliyada yerləşən ofisi ilə Milli Tədqiqat Şurası (Consiglio Nazionale Delle Ricerche – CNR) arasında əməkdaşlıq çərçivəsində irəli sürülüb. Tenderin nəticələri və mükafatlandırma mərasimi İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi və Milli Tədqiqat Şurası tərəfindən 26 avqust 2015-ci ildə Milanda “Qida və texnologiyalar” tədbiri zamanı elan ediləcək.
Həqiqət İSABALAYEVA
Azərbaycanlı sahibkarlar “Expo Milan 2015” çərçivəsində internet səhifəsi vasitəsilə ikitərəfli görüşlər keçirəcək
İtaliyanın Milan şəhərində “Expo Milan 2015” sərgisi BMT-nin Sənayenin İnkişafı Təşkilatının (UNİDO) Sərmayələrin və Texnologiyaların Təşviqi üzrə İtaliyada yerləşən ofisi sərgidə iş adamları arasında ikitərəfli görüşlərin təşkil edilməsinin asanlaşdırılması məqsədilə internet səhifəsini hazırlayıb.Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də ikitərəfli görüşlər üçün yaradılmış saytda qeydiyyatdan keçməyə dəvət olunur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, sərgi 31 oktyabr tarixinə qədər davam edəcək.
Təşkilat Komitəsindən qeyd edilib ki, altı ay ərzində Milan 3 beynəlxalq təşkilat, eləcə də 145 iştirakçı ölkə üçün ən yaxşı, qabaqcıl texnologiyaların nümayişində qlobal vitrin olacaq. 1,1 milyon kvadrat metr sahəni əhatə edən “Expo Milan 2015” 20 milyon ziyarətçini özünə cəlb edəcək.
Sərgi çərçivəsində inkişaf edən ölkələrdə sosial və iqtisadi islahatlara gətirib çıxaracaq ən yaxşı texnologiyalara əlçatanlığın təmin edilməsi məqsədilə innovativ ideyalar və texnologiyalar üçün açıq beynəlxalq tender də nəzərdə tutulub. Tender üçün son qeydiyyat iyun ayının 30-da tamamlanır.
Bu təşəbbüs BMT-nin Sənayenin İnkişafı Təşkilatının (UNİDO) Sərmayələrin və Texnologiyaların Təşviqi üzrə İtaliyada yerləşən ofisi ilə Milli Tədqiqat Şurası (Consiglio Nazionale Delle Ricerche – CNR) arasında əməkdaşlıq çərçivəsində irəli sürülüb. Tenderin nəticələri və mükafatlandırma mərasimi İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi və Milli Tədqiqat Şurası tərəfindən 26 avqust 2015-ci ildə Milanda “Qida və texnologiyalar” tədbiri zamanı elan ediləcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 608
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib