12px13px15px17px
Tarix:17/06/15

LTE şəbəkəsində səsli xidmətlərin tətbiqi test edilir

Rusiyanın mobil rabitə operatoru "МТС" və dünyanın aparıcı telekommunikasiya şirkətlərindən biri olan  "Ericsson" LTE şəbəkəsində səsli xidmətlərin göstərilməsi üçün multimedia məlumatlarının ötürülməsi altsistemini sınaqdan keçiriblər.
 
"ICTnews" xəbər xidmətinin "www.novoteka.ru" saytına istinadən verdiyi məlumata əsasən, sınaqlarda MTS şəbəkəsində  avtomatik genişləndirilən IMS/VoLTE komponentləri istifadə edilib.
 
"Bulud həllərinin və NFV-nin tətbiqi –rabitə şəbəkələrinin inkişafının əsas yoludur. Bu bizə məhsul və xidmətlərin istifadəyə verilmə müddətini və şəbəkənin infrastrukturunun saxlanılması üzrə xərcləri azaltmağa imkan verəcək", - deyə MTS-in İT və texnika üzrə vitse-prezidenti Andrey Uşatskiy qeyd edib. 
 
Aynur Vəliyeva
 



Baxış sayı: 713

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024