12px13px15px17px
Tarix:18/06/15

Gürcüstan rəqəmli TV yayımına keçidi təxirə salıb

Gürcüstanda rəqəmli televiziya standartına keçid tarixi baş vermiş genişmiqyaslı daşqınların nəticələrinə görə iyulun 1-nə təxirə salınıb.
 
Gürcüstanın iqtisadiyyat naziri Georgi Kvirikaşvilinin sözlərinə görə, ölkə “Cenevrə-2006” konvensiyasını imzalamaqla üzərinə analoq televiziya yayımını bu il iyunun 17-də tam dayandırmağı götürüb. Nazirin sözlərinə görə, İqtisadiyyat Nazirliyi rəqəmli televiziyanın tətbiqinə məsul olan qurumlarla birlikdə böyük iş görüb.  
 
G.Kvirikaşvili qeyd edib ki, dövlət rəqəmli TV-nin tətbiqinə tam hazırdır, lakin bu yaxınlarda baş verən təbii fəlakət səbəbindən hökumət böyük sarsıntı keçirən əhalini əziyyətə salmamaq qərarına gəlib. Buna görə də analoq televiziya yayımının iyulun 1-dən etibarən paytaxt Tbilisidən başlamaqla dayandırılması ilə bağlı qərar qəbul edilib.
 
Qeyd edək ki, dünyada informasiya texnologiyalarının (İT) sürətli inkişafı və əhalinin daha geniş məlumatlar əldə etməyə olan ehtiyacları televiziya yayım şəbəkəsinin yeni təşəkkül tapmaqda olan standartlara uyğun yenidən qurulmasını zəruri edib.
 
Ötən əsrin 80-ci illərindən başlayaraq bütün inkişaf etmiş ölkələrdə aparılmış elmi araşdırmaların nəticələri və analoq televiziya yayımında meydana gələn bir sıra problemlər rəqəmli televiziya yayımına keçid ideyasını labüd edib və əsrin sonlarına yaxın bu sistemin tətbiqi istiqamətində işlər sürətləndirilib.
 
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən sahə üzrə aparılan tədqiqatların nəticəsi olaraq 2006-cı ilin mayında İsveçrənin Cenevrə şəhərində keçirilən Regional Radiorabitə Konfransında rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq qərarlar qəbul edilib və 2015-ci ilədək prosesin başa çatdırılması barədə razılıq əldə olunub, - "Mediasat” yazır.



Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024