12px13px15px17px
Tarix:18/06/15

Stiven Elop və üç top-menecer “Microsoft”u tərk edəcək

ABŞ-ın “Microsoft” korporasiyasının qurğular üzrə icraçı vitse-prezidenti, 2014-cü ildə mobil bölməsi korporasiya tərəfindən satın alınmış “Nokia” şirkətinin keçmiş rəhbəri Stiven Elop vəzifəsini tərk edəcək.

Bundan başqa, biznes həllər üzrə icraedici vitse-prezident Kirill Tatarinov və strategiya üzrə icraedici vitse-prezident Erik Rudder də korporasiya ilə yollarını ayıracaq. Bu barədə ABŞ istehsalçısının məlumatında deyilir.
 
Kadr dəyişiklikləri korporasiyanın yeni strategiyası ilə əlaqədardır. “Microsoft” diqqəti üç əsas istiqamətə - biznes və məhsuldarlığın artırılması alətlərinə, “bulud” platformaları və fərdi kompüterlərə yönəldir.
 
Strukturun yenidən təşkili çərçivəsində vitse-prezident Terri Mayerson “Windows” əməliyyat sistemi və onun idarəetməsi ilə işləyən qurğularla məşğul olacaq yeni "Windows and Devices Group” bölməsinə rəhbərlik edəcək. Bölmə iki mövcud “Operating Systems Group” və “Microsoft Devices Group” komandasından təşkil olunub.
 
Həmçinin “Google” şirkətinə qarşı yönələn ziddiyyətli “Scroogled” kampaniyası ilə məşhur olan Mark Penn birbaşa investisiyalar fondu yaratmaq üçün "Microsoft”u tərk edir. Digər versiyaya görə, o, ABŞ prezidentliyinə namizədlərdən birinin komandasına qoşula bilər, - “Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024