12px13px15px17px
Tarix:18/06/15

Elektron test üsulu ilə doktorluq imtahanlarına hazırlaşanlar üçün kitab hazırlanıb

“İnformatika. 555 test” kitabı işıq üzü görüb. AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Elmi Şurasının qərarı ilə nəşr olunmuş bu kitab doktorant və dissertantlara tədris olunan İnformatika fənninin dərs proqramına uyğun olaraq hazırlanmış və onların doktorluq imtahanlarına hazırlaşmasına kömək üçün nəzərdə tutulub.
 
İTİ-dən qeyd edilib ki, kitabın müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) rəhbəri Rəsmiyyə Mahmudova və institutun böyük elmi işçisi Rəhilə Həsənova, elmi redaktoru texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovadır.
 
 
Xatırladaq ki, 2003-cü ildən AR Prezidenti yanında Ali Attestasiya Komissiyası və AMEA Rəyasət Heyətinin qərarlarına əsasən ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada TİM-də həyata keçirilir və 2013-cü ilin iyun ayından başlayaraq imtahanlar elektron test üsulu ilə aparılır.
 
Kitabda “MS Windows 7”, “MS Office 2007” (MS Word mətn redaktoru, MS PowerPoint təqdimat redaktoru, MS Excel elektron cədvəl redaktoru, MS Access verilənlər bazası və s.) və “Xidməti proqramlar” (antivirus, arxivator və tərcümə proqramları) adlı proqram paketləri üzrə 555 test tapşırığı öz əksini tapıb.
 
 
Respublikanın orta və ali təhsil müəssisələrinin şagird, tələbə və müəllimləri də bu vəsaitdən istifadə edə bilərlər.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 607

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024