Tarix:18/06/15
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, istifadəçilərin iş məqsədilə satın aldığı qurğular sözügedən bazarın təxminən 66 faizini təşkil edir. Daha çox “BYOD” termini ilə (“Bring your own device”) tanınan bu təcrübə Şimali Amerika və Asiya bazarlarında geniş yayılıb.
Həmçinin qeyd edilir ki, korporativ smartfon bazarının təxminən 33 faizi bilavasitə təşkilat və ya şirkətlər tərəfindən satın alınmış aparatlardan ibarətdir. Bu model Avropa ölkələrində üstünlük təşkil edir. Məsələn, Qərbi Avropada ötən rübdə satın alınmış 10 milyon korporativ smartfonun 61 faizi firmalar tərəfindən satın alınıb.
Bundan başqa, hesabata əsasən, “Android” mobil əməliyyat sistemi korporativ smartfon bazarında liderdir: bu platforma ötən rüb tədarük edilmiş bütün korporativ aparatların təxminən 60 faizinə quraşdırılıb.
Emil Hüseynov
Korporativ smartfon bazarında nəzərəçarpacaq artım qeydə alınıb
“Strategy Analytics” şirkətinin ekspertləri 2015-ci ilin birinci rübündə qlobal korporativ smartfon bazarındakı vəziyyəti təhlil edib. Cari ilin birinci rübündə biznes aparatların satış həcmi 92 milyona yaxınlaşıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20 faiz yüksəkdir. Mütəxəssislərin hesablamasına görə, nəticədə qlobal smartfon bazarında korporativ smartfonların bazar payı 27 faiz təşkil edib."ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, istifadəçilərin iş məqsədilə satın aldığı qurğular sözügedən bazarın təxminən 66 faizini təşkil edir. Daha çox “BYOD” termini ilə (“Bring your own device”) tanınan bu təcrübə Şimali Amerika və Asiya bazarlarında geniş yayılıb.
Həmçinin qeyd edilir ki, korporativ smartfon bazarının təxminən 33 faizi bilavasitə təşkilat və ya şirkətlər tərəfindən satın alınmış aparatlardan ibarətdir. Bu model Avropa ölkələrində üstünlük təşkil edir. Məsələn, Qərbi Avropada ötən rübdə satın alınmış 10 milyon korporativ smartfonun 61 faizi firmalar tərəfindən satın alınıb.
Bundan başqa, hesabata əsasən, “Android” mobil əməliyyat sistemi korporativ smartfon bazarında liderdir: bu platforma ötən rüb tədarük edilmiş bütün korporativ aparatların təxminən 60 faizinə quraşdırılıb.
Emil Hüseynov
Baxış sayı: 595
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır