Tarix:18/06/15
Analitiklərin qiymətləndirməsinə görə, cari ildə mobil fərdi kompüterlərin ümumi satış həcminin 12 faizi hibrid qurğuların payına düşəcək və 2019-cu ildə bu fərq 26 faizədək yüksələcək.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, gözləntilərə görə, cari ildə hibrid modellərin tədarük həcmində 8 milyon "2-v-1" planşetlər, 13,5 milyonu isə çıxarılan və fırlanan displeyə malik noutbuk-transformerlər olacaq.
"2012-ci ildən hibrid qurğulara tələbat yüksəlir. 2014-cü ildə bu tip qurğuların satış həcmi 12,6 milyon olub, 2019-cu ildə bu göstərici 58 milyona yaxınlaşacaq" – “Gartner”in analitiki Treysi Tsay yazır.
Analitiklər “ASUS” şirkətini hibrid qurğular bazarının lideri adlandırır. 2014-cü ildə Tayvan şirkəti ötən ilin nəticəsini 263 faiz yaxşılaşdıraraq 3,1 milyon hibrid qurğu tədarük edib. Hibrid qurğular bazarında Tayvan şirkətinin bazar payı 41 faizə çatıb.
Emil Hüseynov
Hibrid qurğuların tədarükü 70 faiz yüksələcək
“Gartner” analitik şirkətinin yeni proqnozuna əsasən, 2015-ci ildə hibrid kompüter qurğularının qlobal tədarükü 21,5 milyona yaxınlaşacaq, bu da 2014-cü ilin göstəricisindən 70 faiz daha yüksəkdir.Analitiklərin qiymətləndirməsinə görə, cari ildə mobil fərdi kompüterlərin ümumi satış həcminin 12 faizi hibrid qurğuların payına düşəcək və 2019-cu ildə bu fərq 26 faizədək yüksələcək.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, gözləntilərə görə, cari ildə hibrid modellərin tədarük həcmində 8 milyon "2-v-1" planşetlər, 13,5 milyonu isə çıxarılan və fırlanan displeyə malik noutbuk-transformerlər olacaq.
"2012-ci ildən hibrid qurğulara tələbat yüksəlir. 2014-cü ildə bu tip qurğuların satış həcmi 12,6 milyon olub, 2019-cu ildə bu göstərici 58 milyona yaxınlaşacaq" – “Gartner”in analitiki Treysi Tsay yazır.
Analitiklər “ASUS” şirkətini hibrid qurğular bazarının lideri adlandırır. 2014-cü ildə Tayvan şirkəti ötən ilin nəticəsini 263 faiz yaxşılaşdıraraq 3,1 milyon hibrid qurğu tədarük edib. Hibrid qurğular bazarında Tayvan şirkətinin bazar payı 41 faizə çatıb.
Emil Hüseynov
Baxış sayı: 608
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır