Tarix:19/06/15
Qeyd edək ki, sözügedən proseduru "Elektron hökumət" portalı üzərindən "Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi" elektron xidməti vasitəsilə daha rahat həyata keçirmək mümkündür. Elektron xidmətdən istifadə etmək üçün "https://www.e-gov.az" – "Elektron hökumət" portalına daxil olaraq Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından "Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi" elektron xidmətini seçmək lazımdır. Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə istifadəçi "Müraciət ərizəsi yarat" bölməsinə daxil olmalıdır. "Müraciət ərizəsi yarat" bölməsinə daxil olduqdan sonra açılan pəncərədə istifadəçi ünvan, poçt indeksi, mobil nömrə, ev telefonu, elektron poçt barədə məlumatları daxil etməlidir. Növbəti mərhələdə istifadəçi təhsil sənədinin növü, təhsil dərəcəsi, təhsil aldığı ölkə, ixtisası, qəbul olduğu və məzun olduğu il, diplomun seriya və nömrəsi və s. barədə məlumatları daxil etməlidir. Növbəti mərhələdə istifadəçi "İlkin tələb olunan sənədlər" bölməsində tələb olunan diplomu, diplomun əlavəsini, şəxsiyyət vəsiqəsini, ərizəni "Choose File" düyməsindən istifadə etməklə yükləməlidir. İstifadəçi ərizə formasını "Ərizə nümunəsi" düyməsindən istifadə etməklə yükləyə bilər. Sonda istifadəçi "Ərizə yarat" düyməsindən istifadə etməklə ərizə yarada bilər. Vaxta qənaətlə yanaşı, elektron müraciətin daha bir üstünlüyü də var. Belə ki, sözügedən xidmət müraciət ərizəsinin statusunu yoxlamağa da imkan verir.
Təhsil Nazirliyinin elektron xidmətlərinə gəlincə, 2015-ci ilin may ayı ərzində bütün qurumlar üzrə "Elektron hökumət" portalı tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistik məlumat göstərir ki, qurumun 5 elektron xidmətindən istifadə sayı 2089 olub. Hazırda istifadəçilərə Təhsil Nazirliyinin "Elektron hökumət" portalı üzərindən 6 elektron xidməti təqdim olunur.
Həqiqət İSABALAYEVA
Diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu 01.09.2015-ci il tarixədək dayandırılıb
Təhsil Nazirliyində diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu 01.09.2015-ci il tarixədək dayandırılır. Nazirlikdən bildirilib ki, bu müddət ərzində yalnız cari ilin iyul və oktyabr aylarında həqiqi hərbi xidmətdən tərxis olunan, Dövlət proqramı çərçivəsində təhsil almaq üçün sənədlərini təqdim edən, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edən şəxslərin ərizələri qəbul olunur.Qeyd edək ki, sözügedən proseduru "Elektron hökumət" portalı üzərindən "Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi" elektron xidməti vasitəsilə daha rahat həyata keçirmək mümkündür. Elektron xidmətdən istifadə etmək üçün "https://www.e-gov.az" – "Elektron hökumət" portalına daxil olaraq Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından "Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi" elektron xidmətini seçmək lazımdır. Elektron xidmətə daxil olduqdan sonra açılan pəncərədə istifadəçi "Müraciət ərizəsi yarat" bölməsinə daxil olmalıdır. "Müraciət ərizəsi yarat" bölməsinə daxil olduqdan sonra açılan pəncərədə istifadəçi ünvan, poçt indeksi, mobil nömrə, ev telefonu, elektron poçt barədə məlumatları daxil etməlidir. Növbəti mərhələdə istifadəçi təhsil sənədinin növü, təhsil dərəcəsi, təhsil aldığı ölkə, ixtisası, qəbul olduğu və məzun olduğu il, diplomun seriya və nömrəsi və s. barədə məlumatları daxil etməlidir. Növbəti mərhələdə istifadəçi "İlkin tələb olunan sənədlər" bölməsində tələb olunan diplomu, diplomun əlavəsini, şəxsiyyət vəsiqəsini, ərizəni "Choose File" düyməsindən istifadə etməklə yükləməlidir. İstifadəçi ərizə formasını "Ərizə nümunəsi" düyməsindən istifadə etməklə yükləyə bilər. Sonda istifadəçi "Ərizə yarat" düyməsindən istifadə etməklə ərizə yarada bilər. Vaxta qənaətlə yanaşı, elektron müraciətin daha bir üstünlüyü də var. Belə ki, sözügedən xidmət müraciət ərizəsinin statusunu yoxlamağa da imkan verir.
Təhsil Nazirliyinin elektron xidmətlərinə gəlincə, 2015-ci ilin may ayı ərzində bütün qurumlar üzrə "Elektron hökumət" portalı tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistik məlumat göstərir ki, qurumun 5 elektron xidmətindən istifadə sayı 2089 olub. Hazırda istifadəçilərə Təhsil Nazirliyinin "Elektron hökumət" portalı üzərindən 6 elektron xidməti təqdim olunur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 2363
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır