Tarix:19/06/15
“IDC Worldwide Quarterly Wearable Device Tracker” hesabatına görə, 2015-ci ildə daşınan qurğuların qlobal miqyasda tədarükü ötən ilin göstəricisinə nisbətdə 173,3 faiz artaraq 72,1 milyon ədədə çatacaq. Apreldə ekspertlər bazarda 45,7 milyon ədədədək artımın olacağını proqnozlaşdırıblar.
“IDC” mütəxəssisləri proqnozun artırılması səbəbini izah etməsələr də, “Apple Watch” və “Microsoft Hololens” kimi “ağıllı” aparatlara tələbatın artmasını qeyd ediblər. 2014-cü ildə 4,2 milyon belə qurğu buraxılmışdısa, 2005-ci ildə bu göstəricinin 33,1 milyona çatacağı bildirilir. Beləliklə, bu seqmentin həcmi təxminən səkkiz dəfə arta bilər.
Analitiklərin proqnozuna görə, yaxın beş ildə “ağıllı” kompüterləşmiş qurğuların tədarük həcminin illik artımı 84,1 faiz yüksələrək 2019-cu ildə 89,4 milyon ədəd təşkil edəcək.
“IDC” “smart” qurğularla yanaşı, əlavə proqram təminatının yüklənməsini tələb etməyən baza aparatlar sinfini sadalayıb. Belə elektronikaya ilk növbədə “Fitbit”, “Xiaomi” və s. şirkətlərin istehsal etdiyi fitnes treker və qolbaqlar aiddir. Bu brendlər qiyməti 100 dollaradək olan qolbaqlar sayəsində bazarda artımın olmasına zəmin yaradıb.
Ekspertlərin proqnozuna görə, 2015-ci ildə baza daşınan elektronikanın tədarükü ötən illə müqayisədə 76 faiz yüksələrək 39 milyon ədəd təşkil edəcək. Bu seqmentin ortaillik artım tempinin yaxın beş ildə 24,5 faiz olacağı proqnozlaşdırılır, - "DailyComm” yazır.
Daşınan elektronika bazarında üçqat artım gözlənilir
“International Data Corporation” (IDC) analitik şirkəti dünya daşınan elektronika bazarı üzrə proqnozu artıraraq kənar əlavələrin quraşdırılmasını tələb edən “ağıllı” qurğulara yüksək tələbata düzəlişlər edib.“IDC Worldwide Quarterly Wearable Device Tracker” hesabatına görə, 2015-ci ildə daşınan qurğuların qlobal miqyasda tədarükü ötən ilin göstəricisinə nisbətdə 173,3 faiz artaraq 72,1 milyon ədədə çatacaq. Apreldə ekspertlər bazarda 45,7 milyon ədədədək artımın olacağını proqnozlaşdırıblar.
“IDC” mütəxəssisləri proqnozun artırılması səbəbini izah etməsələr də, “Apple Watch” və “Microsoft Hololens” kimi “ağıllı” aparatlara tələbatın artmasını qeyd ediblər. 2014-cü ildə 4,2 milyon belə qurğu buraxılmışdısa, 2005-ci ildə bu göstəricinin 33,1 milyona çatacağı bildirilir. Beləliklə, bu seqmentin həcmi təxminən səkkiz dəfə arta bilər.
Analitiklərin proqnozuna görə, yaxın beş ildə “ağıllı” kompüterləşmiş qurğuların tədarük həcminin illik artımı 84,1 faiz yüksələrək 2019-cu ildə 89,4 milyon ədəd təşkil edəcək.
“IDC” “smart” qurğularla yanaşı, əlavə proqram təminatının yüklənməsini tələb etməyən baza aparatlar sinfini sadalayıb. Belə elektronikaya ilk növbədə “Fitbit”, “Xiaomi” və s. şirkətlərin istehsal etdiyi fitnes treker və qolbaqlar aiddir. Bu brendlər qiyməti 100 dollaradək olan qolbaqlar sayəsində bazarda artımın olmasına zəmin yaradıb.
Ekspertlərin proqnozuna görə, 2015-ci ildə baza daşınan elektronikanın tədarükü ötən illə müqayisədə 76 faiz yüksələrək 39 milyon ədəd təşkil edəcək. Bu seqmentin ortaillik artım tempinin yaxın beş ildə 24,5 faiz olacağı proqnozlaşdırılır, - "DailyComm” yazır.
Baxış sayı: 504
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır