Tarix:19/06/15
Bildirilir ki, şəbəkədə siyasi xadimlərdən başqa sadə vətəndaşlar qeydiyyatdan keçərək istənilən məmura üzləşdiyi problemi həll etmək üçün müraciət edə bilər.
Bundan başqa, sosial şəbəkənin bazasında qanunvericilikdəki dəyişikliklərin müzakirəsi üçün platforma mövcuddur. İstifadəçilər ölkədə tətbiq edilə biləcək bu və ya digər təşəbbüslərə səs verə bilərlər.
Hazırda şəbəkədə maraqlar üzrə təxminən 90 qrup yaradan 13 minə yaxın sınaq istifadəçi qeydiyyatdan keçib. Perspektivdə belə birlik saf əqidəyə malik aktiv qrupa və ya yeni siyasi qüvvəyə çevrilə bilər.
Ş.Parkerin fikrincə, siyasətçilər üçün xüsusiləşmiş sosial şəbəkədə iştirak təkcə onların öz uğurlarını reklam etmək üsulu və ictimaiyyətə gördüyü işi nümayiş etdirmək deyil, həm də seçicilərin fikrini öyrənərək ölkədəki siyasi kursa düzəlişlər etməyə imkan verəcək.
Həmçinin "Brigade” siyasətçilərə lazımi dəstəyi qazanmağa şərait yaradacaq, - "Delo” yazır.
Siyasətçilər üçün sosial şəbəkə işə salınıb
ABŞ milyarderi Şon Parker siyasətçilər üçün "Brigade” sosial şəbəkəsini təqdim edib. Yeni şəbəkənin dünyada insanlara "Facebook”un yoluna qoya bilmədiyi problemlərin həllində kömək edəcəyi nəzərdə tutulur.Bildirilir ki, şəbəkədə siyasi xadimlərdən başqa sadə vətəndaşlar qeydiyyatdan keçərək istənilən məmura üzləşdiyi problemi həll etmək üçün müraciət edə bilər.
Bundan başqa, sosial şəbəkənin bazasında qanunvericilikdəki dəyişikliklərin müzakirəsi üçün platforma mövcuddur. İstifadəçilər ölkədə tətbiq edilə biləcək bu və ya digər təşəbbüslərə səs verə bilərlər.
Hazırda şəbəkədə maraqlar üzrə təxminən 90 qrup yaradan 13 minə yaxın sınaq istifadəçi qeydiyyatdan keçib. Perspektivdə belə birlik saf əqidəyə malik aktiv qrupa və ya yeni siyasi qüvvəyə çevrilə bilər.
Ş.Parkerin fikrincə, siyasətçilər üçün xüsusiləşmiş sosial şəbəkədə iştirak təkcə onların öz uğurlarını reklam etmək üsulu və ictimaiyyətə gördüyü işi nümayiş etdirmək deyil, həm də seçicilərin fikrini öyrənərək ölkədəki siyasi kursa düzəlişlər etməyə imkan verəcək.
Həmçinin "Brigade” siyasətçilərə lazımi dəstəyi qazanmağa şərait yaradacaq, - "Delo” yazır.
Baxış sayı: 710
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib