12px13px15px17px
Tarix:22/06/15

Qərbi Avropanın şirkətlərində planşetlərin tətbiqi sürətlənir

“IDC”-nin analitikləri tərəfindən toplanılmış məlumatlar Böyük Britaniya, Fransa və Almaniya kimi dövlətlərin müəssisələrində planşetlərin daha aktiv tətbiqini göstərir. Gözləntilərə görə, 2018-ci ilədək bu ölkələrin şirkətlərində planşetlərin nüfuzetmə səviyyəsi qurğu istifadəçilərinin ümumi bazasının 15 faizdən çoxunu təşkil edəcək, halbuki 2014-cü ilin ikinci yarısında bu nisbət 6 faiz səviyyəsində olub.
 
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, hazırda Qərbi Avropanın həm kiçik, həm də böyük şirkətlərində 10 milyondan çox planşet istifadə edilir. Planşetlərin korporativ sektorda yayılması üzrə tendensiya gücləndiyindən analitiklər ümid edirlər ki, növbəti beş ildə şirkətlər 40 milyondan çox planşet və hibrid cihazlar satın alacaq. Nəticədə 2019-cu ilədək biznes sahəsində istifadə edilən hər dördüncü kompüter qurğusu planşet kateqoriyasına aid olacaq.
 
 
"Əməkdaşların mobilliyinin artımı və iş proseslərinin rəqəmləşdirilməsi şirkətləri kompüter infrastrukturunu yenidən qurmağa sövq edir" –  “IDC”-nin analitiki Marta Fiorentini tədqiqatı şərh edib.
 
"Müasir mobil və rəqəmli mühit şəraitində planşetlər mükəmməl alətə çevrilir, əməkdaşları istənilən məkanda və istənilən an lazımi informasiyaya fasiləsiz çıxışla təmin edir" – mütəxəssis bildirib.
 
“IDC” tərəfindən Böyük Britaniya, Fransa və Almaniyada İT bölmələrin direktorları arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, respondentlərin 70 faizi növbəti iki ildə öz şirkətləri üçün planşet satın almağı planlaşdırır. Rəyi soruşulmuşların əksəriyyəti ümid edir ki, 2018-ci ilə onların şirkətində planşet qurğularının payı artacaq.
 
Emil Hüseynov



Baxış sayı: 531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024