Tarix:22/06/15
İlk onluğa “Amazon”, “Otto Group”, “Tesco Stores”, “Staples”, “Apple”, “Home Retail Group”, “Cnova”, “Zalando”, “Asda” və "Direct” mağazası daxildir. 2014-cü ildə Top-500-ə daxil olan bütün internet mağazalarının ümumi satışı əvvəlki illə müqayisədə 15,6 faiz artaraq 124 milyard avro təşkil edib. Avropanın Top-500-nə daxil olan internet mağazaları Avropada bütün elektron ticarətin 29 faizini generasiya edir.
Reytinqə görə, “Amazon” 21 milyard avroluq internet satışı ilə mütləq lider olmaqla ikinci pillədə qərarlaşan və 2014-cü ildə satış həcmi 6,5 milyard avro təşkil edən "Otto Group” şirkətini geridə qoyub. “Amazon” həmçinin satış həcmini 20 faiz artırdığına görə siyahının ilk onluğunda ən sürətlə inkişaf edən şirkətdir. Müqayisə üçün qeyd edək ki, “Отто” və “Tesco”nun satışı müvafiq olaraq 8,3 və 11,1 faiz yüksəlib.
Lakin “Amazon” Avropanın elektron ticarət bazarının Top-500-də ən sürətlə inkişaf edən şirkət deyil. Burada birincilik Türkiyənin onlayn geyim və aksessuar satışı ilə məşğul olan “Morhipo” pərakəndə satış şirkətinə məxsusdur. Şirkətin satışı ötən il 116,7 faiz - 65 milyon avroyadək artıb. Ən sürətlə inkişaf edən şirkətlər arasında “Wikimart” (Rusiya), “Elgiganten” (Danimarka), “Claire’s (Böyük Britaniya) və “Hepsiburada.com” (Türkiyə) yer alıb, - “Payspacemagazine” yazır.
Avropanın aparıcı internet mağazaları nə qədər qazanc əldə edib?
Elektron ticarətə həsr edilən "Internet Retailer” bloqu Avropanın aparıcı internet mağazalarının illik reytinqini dərc edib.İlk onluğa “Amazon”, “Otto Group”, “Tesco Stores”, “Staples”, “Apple”, “Home Retail Group”, “Cnova”, “Zalando”, “Asda” və "Direct” mağazası daxildir. 2014-cü ildə Top-500-ə daxil olan bütün internet mağazalarının ümumi satışı əvvəlki illə müqayisədə 15,6 faiz artaraq 124 milyard avro təşkil edib. Avropanın Top-500-nə daxil olan internet mağazaları Avropada bütün elektron ticarətin 29 faizini generasiya edir.
Reytinqə görə, “Amazon” 21 milyard avroluq internet satışı ilə mütləq lider olmaqla ikinci pillədə qərarlaşan və 2014-cü ildə satış həcmi 6,5 milyard avro təşkil edən "Otto Group” şirkətini geridə qoyub. “Amazon” həmçinin satış həcmini 20 faiz artırdığına görə siyahının ilk onluğunda ən sürətlə inkişaf edən şirkətdir. Müqayisə üçün qeyd edək ki, “Отто” və “Tesco”nun satışı müvafiq olaraq 8,3 və 11,1 faiz yüksəlib.
Lakin “Amazon” Avropanın elektron ticarət bazarının Top-500-də ən sürətlə inkişaf edən şirkət deyil. Burada birincilik Türkiyənin onlayn geyim və aksessuar satışı ilə məşğul olan “Morhipo” pərakəndə satış şirkətinə məxsusdur. Şirkətin satışı ötən il 116,7 faiz - 65 milyon avroyadək artıb. Ən sürətlə inkişaf edən şirkətlər arasında “Wikimart” (Rusiya), “Elgiganten” (Danimarka), “Claire’s (Böyük Britaniya) və “Hepsiburada.com” (Türkiyə) yer alıb, - “Payspacemagazine” yazır.
Baxış sayı: 1103
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır