Tarix:23/06/15
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxsləri təltif edib. Təltif edilənlər sırasında Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də var. Nazir müavini “Tərəqqi” medalına layiq görülüb.
Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirən Elmir Vəlizadə süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuş, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir.
1991-ci ildə Prezident Aparatında birinci dərəcəli mütəxəssis kimi işə başlayıb. Burada çalışdığı dövrdə ardıcıl olaraq vəzifə pillələri ilə yüksəlib.
Belə ki, 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri, 2005-ci ildə isə Prezidentin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ölkə başçısının Sərəncamı ilə 2007-ci il dekabrın 26-da Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini təyin edilib. Hazırda rabitə və yüksək texnologiyalar nazirinin müavini kimi fəaliyyətini davam etdirir.
İndiyədək fəaliyyəti dövründə bilavasitə informasiya texnologiyalarının tətbiqi, informasiya sistemlərinin yaradılması və istismarı, həmçinin sahənin inkişafı məsələləri ilə məşğul olub. Proqram təminatının Azərbaycan dilinə tərcüməsi ilə bağlı ölkəmizdə ilk dəfə həyata keçirilən işlərə rəhbərlik edib. Dəfələrlə ölkəmizdə və xaricdə keçirilən beynəlxalq konfranslarda iştirak və çıxış edib.
Nazir müavini “Tərəqqi” medalı ilə təltif edilib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bir qisim dövlət qulluqçuları fəxri adlarla təltif edilib.Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxsləri təltif edib. Təltif edilənlər sırasında Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də var. Nazir müavini “Tərəqqi” medalına layiq görülüb.
Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirən Elmir Vəlizadə süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuş, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir.
1991-ci ildə Prezident Aparatında birinci dərəcəli mütəxəssis kimi işə başlayıb. Burada çalışdığı dövrdə ardıcıl olaraq vəzifə pillələri ilə yüksəlib.
Belə ki, 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri, 2005-ci ildə isə Prezidentin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ölkə başçısının Sərəncamı ilə 2007-ci il dekabrın 26-da Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini təyin edilib. Hazırda rabitə və yüksək texnologiyalar nazirinin müavini kimi fəaliyyətini davam etdirir.
İndiyədək fəaliyyəti dövründə bilavasitə informasiya texnologiyalarının tətbiqi, informasiya sistemlərinin yaradılması və istismarı, həmçinin sahənin inkişafı məsələləri ilə məşğul olub. Proqram təminatının Azərbaycan dilinə tərcüməsi ilə bağlı ölkəmizdə ilk dəfə həyata keçirilən işlərə rəhbərlik edib. Dəfələrlə ölkəmizdə və xaricdə keçirilən beynəlxalq konfranslarda iştirak və çıxış edib.
Baxış sayı: 1480
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı