12px13px15px17px
Tarix:23/06/15

Avropa və Kanada “Facebook Moments” mobil proqramına “Yox” dedi

“BBC” yazır ki, “Facebook Moments” mobil proqramı fərdi informasiyanın mühafizəsi sahəsində yerli qanunvericiliyin tələblərinə uyğun gəlmədiyinə görə Avropa və Kanadada işləməyəcək.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, belə ki, “Facebook Moments” mobil proqramında istifadə olunan sifətin tanınması texnologiyası fərdi məlumatların mühafizəsi haqda Avropa qanunvericiliyini pozur. Məsələn, İrlandiyanın dövlət tənzimləyici orqanı bildirib ki, mobil proqram istifadəçidən onun fotoşəkillərinin emalı üçün icazə almalıdır. “Moments” mobil proqramında hələ ki belə seçim yoxdur və “Facebook”un nümayəndələri bildirib ki, bu seçimin əlavəsi hələ ki şirkətin planına daxil deyil.

“Moments” mobil tətbiqində istifadə edilən sifətin tanınması texnologiyası “Facebook”un süni intellekt tədqiqatları laboratoriyası tərəfindən hazırlanıb. Alqoritm xəbər lentindəki dostların fotoşəkillərini təhlil edir və qurğudakı fotoşəkillər axınında 97 faiz dəqiqliklə uyğunluq axtarır.

“Facebook” iyunun 15-də fotoşəkillərlə işləmək üçün “Moments” mobil proqramını istifadəyə verib. Xidmət istifadəçilərin bir-birinə mobil qurğulardan fotoşəkil göndərməsinə imkan verir. Hazırda “Facebook Moments”  yalnız ABŞ ərazisində “iOS” və “Android” mobil platformaları üçün əlçatandır.

Emil Hüseynov
 



Baxış sayı: 1194

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024