12px13px15px17px
Tarix:23/06/15

Birinci nəsil “iPad mini” planşetinin satışı dayandırılıb

ABŞ-ın “Apple” korporasiyası birinci nəsil “iPad mini” planşetinin satışlarını dayandırıb. Beləliklə, istehsalçının yığcam planşetlər istehsal xəttində yalnız “Retina” ekran və 64 bitlik çiplərlə təchiz edilmiş modellər qalıb.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, birinci nəsil “iPad mini” planşet kompüteri “Apple”ın internet mağazasından və rəsmi saytından çıxarılıb.
 
Birinci nəsil “iPad mini” versiyasından imtina tamamilə gözlənilən idi. Bu model faktiki olaraq 9,7 düymlük “iPad 2” planşetinin kiçildilmiş modifikasiyası idi, sonuncunun satış həcmi 2014-cü ilin əvvəlində dayandırılıb. Alıcılar 50 dollar çox ödəməklə “Retina” ekran, daha güclü prosessor və iki dəfə daha tutumlu əməli yaddaşla təchiz edilmiş “iPad mini 2” satın ala bilərdilər.
 
“iPad mini” 2012-ci ilin oktyabrında çıxarılıb. Aparat 1024 x 768 (163 ppi) nöqtə təsvir ölçülü 7,9 düymlük ekran, ikinüvəli “Apple A5” prosessoru, 512 MB əməli yaddaş və 64 QB daxili yaddaşla təchiz edilib.
 
Emil Hüseynov



Baxış sayı: 1001

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024