Tarix:23/06/15
“ICTnews” elektron xəbər xidmətinin Azərbaycan Nazirlər Kabinetinin (NK) rəsmi saytına istinadən verdiyi məlumata görə, NK “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.
Dəyişikliklərə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”na “Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu” məzmunda 24.28-ci və “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” məzmunda 24.29-cu bəndlər əlavə edilib.
Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsinin “Elektron xidmət növlərinin Siyahısı”nda yer alan elektron xidmətlərinin sayı 29-a çatıb.
CAHANGİR
Azərbaycanda elektron xidmət növlərinin sayı artırılıb
Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlərin siyahısına yeniləri əlavə olunub.“ICTnews” elektron xəbər xidmətinin Azərbaycan Nazirlər Kabinetinin (NK) rəsmi saytına istinadən verdiyi məlumata görə, NK “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.
Dəyişikliklərə əsasən, “Elektron xidmət növlərinin Siyahısı”na “Səhmdar cəmiyyətlərinin səhmlərinin və ya səhm zərflərinin ixtisaslaşdırılmış pul hərraclarında satışına dair sifarişlərin qəbulu” məzmunda 24.28-ci və “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” məzmunda 24.29-cu bəndlər əlavə edilib.
Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsinin “Elektron xidmət növlərinin Siyahısı”nda yer alan elektron xidmətlərinin sayı 29-a çatıb.
CAHANGİR
Baxış sayı: 706
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır