Tarix:23/06/15
Bu barədə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. O, hazırda Oyunların davam etdiyini vurğulayaraq sona qədər eyni səviyyədə telekommunikasiya xidmətlərinin göstəriləcəyini söyləyib.
Oyunlar zamanı beynəlxalq yayımda, informasiyaların ötürülməsində və qəbul edilməsində hər hansı bir fasilə, donma, dayanma, yubanma hallarının yaşanmadığını önə çəkən X.Kişiyev Oyunların son gününə qədər sadalanan halların yaşanmayacağına əminliyini ifadə edib.
Buna səbəb kimi sözügedən istiqamətdə düşünülmüş və hərtərəfli, kompleks tədbirlərin həyata keçirildiyini göstərən baş direktorun müavininin sözlərinə görə, digər sahələrdə olduğu kimi, telekommunikasiya sahəsində də atılan addımlar təkcə ölkə ictimaiyyəti tərəfindən deyil, eyni zamanda Avropa Oyunları ilə əlaqədar Bakıya gələn qonaqlar da öz razılıqlarını bildiriblər.
"Həm Atletlər kəndində, həm də Oyunların keçirildiyi idman mərkəzlərində yaradılan telekommunikasiya infrastrukturu hər bir qonaq tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizə təşrif buyuranlar çox asanlıqla telekommunikasiya xidmətləri vasitəsi ilə istədikləri əməliyyatları həyata keçirə biliblər. Üstəlik, yaradılan infrastruktur onlara daha tez və əlverişli şəkildə informasiya almaq, ötürmək imkanı verib. Bu nüansı xüsusi qiymətləndirən qonaqlar ölkədə İKT istiqamətində görülən işlərdən tam şəkildə razı qalıblar. Bu günə qədər qonaqlarla qurulan ünsiyyətdən bir daha aydın oldu ki, telekommunikasiya infrastrukturu tələbi tam şəkildə qarşılaya bilib" – deyə X.Kişiyev söyləyib.
Seymur Qasımbəyli
Bütün yarışlar telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təmin olunub
İlk Avropa Oyunları ilə əlaqədar təşkil olunan bütün yarışlarda telekommunikasiya xidmətləri ilə təminat yüksək səviyyədədir.Bu barədə "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. O, hazırda Oyunların davam etdiyini vurğulayaraq sona qədər eyni səviyyədə telekommunikasiya xidmətlərinin göstəriləcəyini söyləyib.
Oyunlar zamanı beynəlxalq yayımda, informasiyaların ötürülməsində və qəbul edilməsində hər hansı bir fasilə, donma, dayanma, yubanma hallarının yaşanmadığını önə çəkən X.Kişiyev Oyunların son gününə qədər sadalanan halların yaşanmayacağına əminliyini ifadə edib.
Buna səbəb kimi sözügedən istiqamətdə düşünülmüş və hərtərəfli, kompleks tədbirlərin həyata keçirildiyini göstərən baş direktorun müavininin sözlərinə görə, digər sahələrdə olduğu kimi, telekommunikasiya sahəsində də atılan addımlar təkcə ölkə ictimaiyyəti tərəfindən deyil, eyni zamanda Avropa Oyunları ilə əlaqədar Bakıya gələn qonaqlar da öz razılıqlarını bildiriblər.
"Həm Atletlər kəndində, həm də Oyunların keçirildiyi idman mərkəzlərində yaradılan telekommunikasiya infrastrukturu hər bir qonaq tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizə təşrif buyuranlar çox asanlıqla telekommunikasiya xidmətləri vasitəsi ilə istədikləri əməliyyatları həyata keçirə biliblər. Üstəlik, yaradılan infrastruktur onlara daha tez və əlverişli şəkildə informasiya almaq, ötürmək imkanı verib. Bu nüansı xüsusi qiymətləndirən qonaqlar ölkədə İKT istiqamətində görülən işlərdən tam şəkildə razı qalıblar. Bu günə qədər qonaqlarla qurulan ünsiyyətdən bir daha aydın oldu ki, telekommunikasiya infrastrukturu tələbi tam şəkildə qarşılaya bilib" – deyə X.Kişiyev söyləyib.
Seymur Qasımbəyli
Baxış sayı: 813
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı