12px13px15px17px
Tarix:23/06/15

“Gartner”: “Müəssisələrin mobil əlavələrə tələbatı onların hazırlanma imkanını 5 dəfə üstələyəcək”

2017-ci ilin sonunadək mobil əlavələrin hazırlanmasına tələbat korporativ İT xidmətlərinin onları ödəmək imkanını beş dəfə üstələyəcək. Bu barədə "Gartner" analitik şirkətinin hesabatında deyilir.
 
Bildirilir ki, 2019-cu ilədək mobil telefonların satışında illik artım 2,1 milyard olacaq ki, bu da korporativ mobil əlavələrə tələbatın artmasına səbəb olacaq. Artıq indi əməkdaşlar orta hesabla üç mobil qurğu ilə işləyirlər, "Əşyaların interneti"nin və elektron aksessuarların yayılması ilə qurğuların sayı beşə-altıyadək artacaq. Lakin 2014-cü ildə əksər təşkilatlarda 10-dan az əlavə hazırlanıb, bəzilərində isə onların işlənməsi ümumiyyətlə aparılmır.
 
Analitiklər təşkilatlara mobil əlavələrin hazırlanmasında prioritetlərin müəyyənləşdirilməsi üçün üsullar seçməyi, biomodal yanaşmanın tətbiqini (əlavələr üçün stabil infrastrukturun və interfeyslərin yaradılmasını bölərək biznesə lazımlı funksiyalara malik əlavələrin sürətlə işlənməsi), sürətli mobil əlavə vasitələrinin tətbiqini və kənar tərtibatçıların xidmətlərindən istifadəni tövsiyə edirlər. Hazırda təşkilatların yalnız 26 faizinin əlavələrin hazırlanmasında öz gücünə güvəndiyi halda onların 55 faizi əlavələri kənar tərtibatçıların köməyi ilə yaradır, - "Computerworld" yazır.



Baxış sayı: 546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024