12px13px15px17px
Tarix:23/06/15

“Açıq kitab” elektron kitabxanası istifadəyə verilib

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Açıq kitab" elektron kitabxanası  fəaliyyətə başlayıb.
 
 
Mərkəzdən verilən məlumata görə, kitabxana bu günə qədər ölkə üzrə Azərbaycan dilinə tərcümə olunan əsərləri arxivləşdirməklə yanaşı, yüzlərlə elmi, bədii, texniki, hüquq, tibb və digər sahələr üzrə ədəbiyyatların, mətn və materialların, lüğətlərin, habelə, tədris və dərs vəsaitlərinin, eləcə də müasir və klassik bədii ədəbiyyat nümunələrinin kataloqunu və əsərləri özündə cəmləyir. 
 
 
Dünyanın aparıcı nəşriyyatları ilə mütəmadi əməkdaşlıq edən "Açıq kitab"Azərbaycan ədəbiyyatının, elmi-mədəni irsinin dünya dillərində, dünya ədəbiyyatlarının Azərbaycan dilində nəşrlərinə də öz səhifələrində yer ayırır.
 
 
Kitabxanaya daxil olanlar burada Tərcümə Mərkəzinin nəşrləri ilə də tanış ola, "Xəzər" dünya ədəbiyyatı jurnalının, "Aydın Yol" ədəbi-ictimai qəzetinin  onlayn versiyalarını izləyə bilər. 
 
 
CAHANGİR
 



Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024