Tarix:24/06/15
Çinin elektron ticarət bazarı son illər əhəmiyyətli artım nümayiş etdirir. Ölkənin “Alibaba Group” və “JD.com” kimi internet nəhəngləri orta sinfin yüksəlməsi sayəsində uğur əldə ediblər. Hazırda Çin hökuməti ölkədə onlayn ticarətlə məşğul olmaq üçün digər xarici şirkətlərin fəaliyyətinə icazə verilməsi ilə bağlı qərar qəbul edib.
Bildirilir ki, bu məqsədlə ilk öncə vergi siyasəti dəyişdiriləcək. Yeni prinsiplər ölkədə mal istehlakının artımına xidmət edəcək, eləcə də beynəlxalq onlayn ödənişlər sxeminin sadələşdirilməsinə yönələn pilot layihələrə güzəştlər təqdim edəcək. Bundan başqa, yeniliklər gömrük, kredit və sığorta xidmətlərinə şamil olunacaq. Hakimiyyət nümayəndələrinin fikrincə, bu, transsərhəd elektron kommersiyanı dəstəkləməyə kömək edəcək.
Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlərinə ilk növbədə beynəlxalq layihələrdə, eləcə də kredit sığorta xidmətlərində dövlət dəstəyi göstəriləcək, - "Payspacemagazine” yazır.
Çin xarici şirkətləri elektron ticarət bazarına dəvət edir
Çin transsərhəd elektron ticarətin dəstəklənməsini genişləndirəcək və bu çərçivədə xarici internet mağazalarının ölkə daxilində fəaliyyətinə qoyulan məhdudiyyətlərin bir qismini ləğv edəcək.Çinin elektron ticarət bazarı son illər əhəmiyyətli artım nümayiş etdirir. Ölkənin “Alibaba Group” və “JD.com” kimi internet nəhəngləri orta sinfin yüksəlməsi sayəsində uğur əldə ediblər. Hazırda Çin hökuməti ölkədə onlayn ticarətlə məşğul olmaq üçün digər xarici şirkətlərin fəaliyyətinə icazə verilməsi ilə bağlı qərar qəbul edib.
Bildirilir ki, bu məqsədlə ilk öncə vergi siyasəti dəyişdiriləcək. Yeni prinsiplər ölkədə mal istehlakının artımına xidmət edəcək, eləcə də beynəlxalq onlayn ödənişlər sxeminin sadələşdirilməsinə yönələn pilot layihələrə güzəştlər təqdim edəcək. Bundan başqa, yeniliklər gömrük, kredit və sığorta xidmətlərinə şamil olunacaq. Hakimiyyət nümayəndələrinin fikrincə, bu, transsərhəd elektron kommersiyanı dəstəkləməyə kömək edəcək.
Çinin elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlərinə ilk növbədə beynəlxalq layihələrdə, eləcə də kredit sığorta xidmətlərində dövlət dəstəyi göstəriləcək, - "Payspacemagazine” yazır.
Baxış sayı: 632
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır