12px13px15px17px
Tarix:24/06/15

Yeni “iPhone” smartfonlarının korpusunun bir hissəsi plastik haşiyəli olacaq

Gələcəkdə buraxılacaq “iPhone” smartfonlarının korpusunun bir hissəsi plastik haşiyə ilə təmin ediləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, onların hesabına “Apple” radiosiqnalların qəbulu və ötürməsi keyfiyyətini artırmağı nəzərdə tutur.
 
Haşiyə smartfonun daxilində yerləşmiş qəbuledici və ötürücü antenaları elektriklə ayıraraq interferensiyanın yoxluğuna zəmanət yaradır.
 
“Apple” şirkəti, “iPhone” korpusu və “MacBook” taçpadları üçün istifadə edilən   anodlaşdırılmış metala oxşar kompozit materialın yaradılması üçün patent əldə edib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 504

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024