Tarix:25/06/15
Məruzədə qeyd olunub ki, BDU-da hazırda nanostrukturların alınması, stabilləşdirilməsi, tədqiqi və tətbiqi istiqamətində uğurlu tədqiqat işləri aparılır. Tədqiqatlar zamanı nanostrukturlarda və onların əsasında alınmış kompozitlərdə tərkib-quruluş-xassə arasında əlaqələr və ölçü effektləri müəyyən edilib, nanokompozitlərin komponentləri arasında fazalararası qarşılıqlı təsirin onun xassələrinə təsiri tədqiq edilib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə məruzə bəyənilib.
İclasda tədqiqatların elm, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyasında əhəmiyyətini nəzərə alaraq, onların davam etdirilməsi və BDU-da nanomateriallar sahəsində aparılan multidisiplinar tədqiqatların AMEA-nın bu istiqamətlərdə çalışan müvafiq qurumları ilə əlaqəli aparılmasının təmin edilməsi barədə qərar qəbul edilib.
Həqiqət İSABALAYEVA
Nanostrukturların alınması, stabilləşdirilməsi, tədqiqi və tətbiqi istiqamətində tədqiqat işləri aparılır
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-dan bildirilib ki, iclasda Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili, akademik Abel Məhərrəmov və universitetin fizika fakültəsinin dekanı, fizika elmləri doktoru, professor Məhəmmədəli Ramazanov “Nanomateriallar sahəsində aparılan tədqiqatlar, tətbiqlər və perspektivlər” adlı məruzə ilə çıxış ediblər.Məruzədə qeyd olunub ki, BDU-da hazırda nanostrukturların alınması, stabilləşdirilməsi, tədqiqi və tətbiqi istiqamətində uğurlu tədqiqat işləri aparılır. Tədqiqatlar zamanı nanostrukturlarda və onların əsasında alınmış kompozitlərdə tərkib-quruluş-xassə arasında əlaqələr və ölçü effektləri müəyyən edilib, nanokompozitlərin komponentləri arasında fazalararası qarşılıqlı təsirin onun xassələrinə təsiri tədqiq edilib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə məruzə bəyənilib.
İclasda tədqiqatların elm, təhsil və innovasiya fəaliyyətinin inteqrasiyasında əhəmiyyətini nəzərə alaraq, onların davam etdirilməsi və BDU-da nanomateriallar sahəsində aparılan multidisiplinar tədqiqatların AMEA-nın bu istiqamətlərdə çalışan müvafiq qurumları ilə əlaqəli aparılmasının təmin edilməsi barədə qərar qəbul edilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 523
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır