12px13px15px17px
Tarix:25/06/15

“Gmail” istifadəçiləri göndərilən məktubları ləğv edə biləcəklər

“Google” şirkəti "Gmail” poçt servisinə elektron məktubların göndərilməsinin ləğvi funksiyasını əlavə edib. Bu barədə şirkətin məlumatında deyilir.
 
"Gmail” ilə göndərilən məktubu hesabdakı funksiyalarda müvafiq vaxt müddətini seçməklə 5,10, 29 və ya 30 saniyə ərzində geri qaytarmaq olar.
 
İstifadəçi “Göndər” düyməsini basan zaman ekranın yuxarı hissəsində sarı rəngdə düzbucaqlı görünür və “Gmail” göndərişi ləğv etməyi təklif edir. Funksiyadan il ərzində istifadəçinin əvvəlcədən seçdiyi müddətdə istifadə etmək olar. Göndərilməsi ləğv edilən məktublar “Qaralama” qovluğunda qalır.
 
Funksiya avtomatik olaraq söndürülüb və onu ümumu funksiyalarda aktivləşdirmək mümkündür.
 
Mobil qurğulardan məktubların göndərilməsini ləğv etmək üçün istifadəçinin "Inbox” əlavəsini quraşdırması tələb olunur. “Gmail” standart əlavəsində və mobil versiyada funksiyadan istifadə mümkün olmayacaq. “Google” şirkəti “Inbox”da məktubun göndərilməsinin ləğvi funksiyasının mayın 28-dən tətbiq olunmasını bəyan edib.
 
2015-ci ilin mayına olan məlumata görə, “Gmail” istifadəçilərinin 75 faizi poçta mobil qurğular vasitəsilə daxil olub. Dünyada servis istifadəçilərinin ümumi sayı 900 milyon təşkil edir. Bu rəqəmi mayın sonunda “Google I/O” konfransında şirkətin məhsullar üzrə vitse-prezidenti Sundar Piçai səsləndirib, - “Lenta yazır.



Baxış sayı: 642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024