12px13px15px17px
Tarix:25/06/15

“Messenger” mobil proqramı “Facebook”suz da işləyəcək

24 iyundan etibarən "Facebook"da hesabı olmayan istifadəçilər də "Messenger" mobil proqramından istifadə edə biləcək. Bu haqda şirkətin rəsmi bloqunda yazılıb.
 
İndi sosial şəbəkədə qeydiyyatdan keçməyən istifadəçi üçün "Messenger" mobil proqramının başlanğıc səhifəsində "Not on Facebook" seçimi əlçatandır. Bu seçimi seçməklə yalnız ad, telefon nömrəsi və fotoşəkli qeyd etməklə hesab yaratmaq olar. Hələ ki bu seçim ABŞ, Kanada, Peru və Venesuelada əlçatandır. Yeni seçimin başqa ölkələrdə işə salma tarixi haqqında məlumat yoxdur.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Messenger"in yeni istifadəçisi öz telefonundakı bütün kontaktı proqrama daşıya bilər.
 
2015-ci ilin iyununa olan məlumata görə, "Messenger" mobil proqramından aylıq 700 milyon aktiv istifadəçi istifadə edir.
 
Qeyd edək ki, cari ilin iyununda "Facebook" sosial şəbəkəsində 1,4 milyard aktiv istifadəçi olub.
 
Emil Hüseynov



Baxış sayı: 695

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024