12px13px15px17px
Tarix:25/06/15

Son günlər Bakı Avropa Oyunlarının rəsmi internet səhifəsinə maraq daha da artıb

12 iyul 2013-cü ildə istifadəyə verilən Bakı Avropa Oyunlarının rəsmi internet səhifəsinə olan maraq daha da artıb.

Bu barədə məlumat verən Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, hər gün sayta 6 milyon insan daxil olur. Bu da 23 faiz artım deməkdir.
 
Bakı Avropa Oyunlarının rəsmi xəbərlər mənbəyi olan internet səhifəsi dünyanın bütün yerlərində olan insanlara ilk Avropa Oyunlarının məramı, keçirildiyi yeri və miqyası, idman növləri və yerləri haqqında məlumat almaq, Azərbaycan Respublikasının coğrafiyası, tarixi, iqtisadiyyatı, idmanı, mədəniyyəti və bir çox digər mühüm sahələri ilə tanış olmaq və Bakı şəhərinin tarixi, sosial həyatı, nəqliyyatı və internet səhifəsinə daxil olanların marağın səbəb olacaq digər mühüm təfərrüatları öyrənmək imkanı yaradır.






Baxış sayı: 816

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024