12px13px15px17px
Tarix:25/06/15

Elektron ticarət mobilləşir

Böyük Britaniyada bütün elektron ticarət tranzaksiyalarının təxminən hamısı hazırda mobil qurğular vasitəsilə həyata keçirilir və burada planşetlər populyarlığına görə smartfonları geridə qoyur.

Bu barədə “Criteo” şirkətinin tədqiqatında deyilir. Sorğu zamanı dünyanın 1,4 milyard tranzaksiyasının təhlili aparılıb.

 
Bu gün Britaniya dünyada mobil qurğular ilə alış-verişin elektron ticarətin ümumi həcmində payına görə ikinci yeri tutur. Üçüncü yeri Cənubi Koreya tutur, Yaponiya isə mütləq liderdir.

 
Dünyada “Android” mobil əməliyyat sisteminin mobil qurğular bazarında payının üstünlük təşkil etməsinə baxmayaraq Böyük Britaniya, ABŞ və Yaponiya istifadəçiləri mobil alış-verişdə “iOS” qurğu sahibləri kimi aktiv deyillər. Eyni zamanda mobil qurğulara adaptasiya edilən saytlar 3,4 faiz həcmində konversiya olmasını qeyd edirlər ki, bu da optimallaşdırılmamış saytlardan iki dəfə çoxdur.
 

Dünyada bütün elektron ticarət tranzaksiyalarının 40 faizinin bir ədəddən çox qurğudan həyata keçirilməsi diqqət çəkir. Alıcılar smartfon, stasionar kompüter və planşetlərdən malların axtarışı və alışı üçün müxtəlif kombinasiyalarda istifadə edirlər, - "Payspacemagazine yazır.



Baxış sayı: 637

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024