Tarix:27/06/15
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, ilkin mərhələdə insanların rahat istifadəsi üçün yaradılmış sistemin imkanlarından neqativ məqsədlərlə istifadə edilib.
"Onlar bir şəxsiyyət vəsiqəsi ilə bir neçə telefonu qeydiyyata salırlar. Bunların qarşısını almaq üçün biz hazırda sistemdə təkmilləşdirmə işləri aparmağa hazırlaşırıq və aidiyyəti qurumlarla birgə bu məsələnin incəliklərinə nəzər yetirəcəyik. Bu günlərdə Nazirlər Kabinetinin insanların telefonlarının şəxsiyyət vəsiqəsi vasitəsi ilə qeydiyyata salınması qaydaları sərtləşdirilib və bunu təmin edəcək mobil operatorlara şəbəkələrində zəruri olan avadanlıqların alınması üçün üç ay vaxt verilib", - deyə nazirin birinci müavini qeyd edib.
İ. Məmmədovun sözlərinə əsasən, yeni qaydalara uyğun olaraq, telefon alan şəxs haqda tam bilgilər məlumat bazasına daxil olduqdan sonra ona nömrə ayrılacaq və küçədə, dükanlarda mobil telefon nömrəsi satışı dayandırılacaq.
"Bununla, biz hər bir istifadəçinin mobil cihazının və nömrəsinin öz adına olmasına nail olacağıq və bu, mobil cihazların qeydiyyatının davamı olacaq. Beləliklə, şəbəkə qeyri-qanuni istifadə edilən cihazlardan və nömrələrdən təmizlənmiş olacaq", - deyə İ. Məmmədov bildirib.
Aynur Vəliyeva
Azərbaycanda yaxın zamanda “IMEI” kodların qeydiyyat sistemi təkmilləşdiriləcək
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaxın zamanda "IMEI" kodların qeydiyyat sistemini təkmilləşdirmək niyyətindədir.Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, ilkin mərhələdə insanların rahat istifadəsi üçün yaradılmış sistemin imkanlarından neqativ məqsədlərlə istifadə edilib.
"Onlar bir şəxsiyyət vəsiqəsi ilə bir neçə telefonu qeydiyyata salırlar. Bunların qarşısını almaq üçün biz hazırda sistemdə təkmilləşdirmə işləri aparmağa hazırlaşırıq və aidiyyəti qurumlarla birgə bu məsələnin incəliklərinə nəzər yetirəcəyik. Bu günlərdə Nazirlər Kabinetinin insanların telefonlarının şəxsiyyət vəsiqəsi vasitəsi ilə qeydiyyata salınması qaydaları sərtləşdirilib və bunu təmin edəcək mobil operatorlara şəbəkələrində zəruri olan avadanlıqların alınması üçün üç ay vaxt verilib", - deyə nazirin birinci müavini qeyd edib.
İ. Məmmədovun sözlərinə əsasən, yeni qaydalara uyğun olaraq, telefon alan şəxs haqda tam bilgilər məlumat bazasına daxil olduqdan sonra ona nömrə ayrılacaq və küçədə, dükanlarda mobil telefon nömrəsi satışı dayandırılacaq.
"Bununla, biz hər bir istifadəçinin mobil cihazının və nömrəsinin öz adına olmasına nail olacağıq və bu, mobil cihazların qeydiyyatının davamı olacaq. Beləliklə, şəbəkə qeyri-qanuni istifadə edilən cihazlardan və nömrələrdən təmizlənmiş olacaq", - deyə İ. Məmmədov bildirib.
Aynur Vəliyeva
Baxış sayı: 1245
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı