12px13px15px17px
Tarix:27/06/15

Gələcəyin “ağıllı” şəhərləri

2050-ci ilədək planetin əhalisinin 75 faizi şəhərlərdə yaşayacaq. Bu, onsuz da həddindən artıq yüklənmiş şəhər infrastrukturu və ictimai nəqliyyat sistemində əlavə təzyiqlərə tab gətirməli olacaq.


Ehtimal ki, gələcək şəhərlər əhali sıxlığı və istehlakın artımı təsirini azaltmaq üçün "ağıllı" texnologiyaların tətbiqinə, davamlı memarlıq və aşağı karbonlu energetikanın inkişafının təşviqinə davam edəcək. Bəzi şəhərlər artıq indidən bu prosesə başlayıb.
 

"ABI Research Projects" şirkətinin məlumatına əsasən, 2016-cı ildə şəhərlər "ağıllı" texnologiyaların inkişafına 39,5 milyard dollar xərcləyəcək.
 

 

1. Sonqdo, Cənubi Koreya

 

Sonqdo dünyanın ilk "ağıllı" şəhəri elan edilib. Beynəlxalq İnçhon aeroportundan 15 dəqiqəlik məsafədə yerləşir və aerotropolislərdən (aeroportun ətrafında tikilmiş şəhər) biri sayılır.
 

Sonqdo şəhərinin tikintisi üzrə işlər bu onilliyin sonunadək bitməsə də, artıq yaşamaq üçün yararlıdır. Şəhərdə 40 min insan yaşayır.
 

Şəhərdə bir neçə göydələn (68 mərtəbəli "Northeast Asia Trade Tower" Cənubi Koreyada ən hündür binadır) ucaldılıb. Bu halda şəhərin 40 faizi açıq yaşıl zona təşkil edir. 2009-cu ildə istifadəyə verilmiş Sonqdo Mərkəzi parkı (400 min kv. m.) muzey, su taksisi xidmətini özündə birləşdirir.
 

Konstruktorlar əmindirlər ki, Sonqdo şəhərinin infrastrukturu onun memarlığı kimi qabaqcıl texnologiyalara əsaslanacaq. Şəhərdəki evlər "LEED" sertifikatlaşdırılmış binalardır, tullantıların utilizasiyası üçün pnevmatik sistem hazırlanıb: zibil xüsusi borulara sorulur, xüsusi mərkəzlərə göndərilir, avtomatik çeşidlənir və sonra istifadə edilir. Gələcəkdə tullantıları bərpa olunan enerji mənbələri kimi istifadə etmək planlaşdırılır.
 

Sonqdo şəhərində yolların yüklülüyünü müəyyən edən ötürücülər quraşdırılıb. 15 kilometr uzunluğunda velosiped yolu var və avtomobillər üçün tıxacların aşkar edilməsinə görə xüsusi ötürücülər quraşdırılıb.
 

"Sonqdo Beynəlxalq biznes rayonunda demək olar ki həyatın bütün aspektlərinə şəbəkə vasitəsilə nəzarət olunur" - Sonqdo şəhərini layihələşdirən "Gale Internetional" şirkətlər qrupunun icraçı vitse-prezidenti Tom Merkott deyib.

 

2. Malmö, İsveçrə

 

Dünya şəhərləri enerji effektivliyi və ekoloji cəhətdən təmiz infrastrukturların yaradılması xeyrinə texnologiyaları inkişaf etdirməyə çalışır.

 

Məsələn, Malmö bir vaxtlar çirkli sənaye mərkəzi, atom elektrostansiyaları üçün "ev" rolunu oynayıb. Ancaq 2000-ci ildə şəhər hakimiyyəti 2020-ci ilədək şəhəri karbon-neytral edəcəklərinə dair söz verib. Bundan başqa, 2030-cu ilədək tamamilə bərpa olunan enerji mənbələrinə keçmək planı səsləndirilib. İndi Malmönün bələdiyyə nəqliyyat vasitələrinin elektrik, hidrogen və ya bioqaz yanacaqdan istifadəyə keçidi gözlənilir. Yeri gəlmişkən, sonuncu qida tullantılarından hazırlanır.
 

Malmönün Qərb limanı rayonu davamlı tikinti üçün poliqona çevrilib. Keçmiş zavodun ərazisində "Gələcəyin Şəhəri" adlı limanda "Bo01" layihəsi çərçivəsində şəhərin bəzi hissələrini elektrik enerjisi ilə təmin edən böyük külək turbini quraşdırılıb.
 

Bundan başqa, ərazidə yağış suyunun yığılması sistemi qurulub. Enerjinin köməyi ilə qışda evlər qızdırılır, yayda isə soyudulur.
 

Malmönün rəsmi şəxsləri ümid edir ki, Qərb limanı yaşıl mərkəzə çevriləcək. Onlar bildirib ki, bu ərazidə 10 min sakin yaşaya və təxminən 20 min insan işləmək və ya təhsil üçün bura gələ bilər.

 

3. Nyu-York, ABŞ

 

Göydələnlər və daimi tıxaclar səbəbindən insanlar Nyu-Yorku daha çox istehlak və tullantılar mərkəzi kimi tanıyır.
 

Dizayner və inşaatçılar yaxın onillikdə bu fikri dəyişdirməyə ümid edir və müvafiq layihələr üzərində artıq işə başlanılıb.
 

Nyu-Yorkun maraqlı şəhər layihələrindən biri baxımsız trolleybus parkının ərazisində yaradılmış yeraltı yaşıl mərkəzdir. Mərkəz məkanın işıqlandırılması və bitkilərin enerji ilə təmini üçün günəş işığı, şüşə ekran və parabolik kollektordan istifadə ediləcək.
 

Nyu-Yorkun İst-riverə yaxın hissəsində dizaynerlər komandası özü təmizlənən üzən hovuzun ("Plus Pool") tikintisinə başlamağı planlaşdırır. Üzən hovuz yağış suyunu çay suyundan müstəqil filtr edə biləcək. Layihə sınaq mərhələsindədir. "Plus Pool" 2016-cı ildə istifadəyə veriləcək.
 

 

4. Masdar, Əbu-Dabi, Birləşmiş Ərəb Əmirlikləri

 

Masdar bərpa olunan enerji mənbələri ilə işləyən və tullantılar istehsal etməyən "ağıllı" şəhərə çevrilməyə çalışır.
 

Masdar şəhərinin administrasiyası zərərli qazların atılması probleminə o qədər həssas yanaşır ki, şəhərin ətrafında iki kilometr radiusda yalnız elektrik avtomobillərində istifadəyə icazə verilir. Masdar şəhəri neft və ya qazın yandırılmasından əldə olunan enerjinin istehsalı əvəzinə günəş fermalarının imkanlarından istifadə edir.
 

Plana əsasən, şəhərdə 40 min insan yaşaya, gün ərzində təxminən daha 50 min insan qəbul edə bilər.

 

Emil Hüseynov





Baxış sayı: 1360

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024