12px13px15px17px
Tarix:29/06/15

İl ərzində mobil videonun həcmi 100 faiz yüksəlib

2015-ci ilin birinci rübünün yekunları üzrə mobil videonun həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 100 faiz artıb. Bu barədə “Ooyala” analitik şirkətinin məlumatında deyilir.
 
Bildirilir ki, 2013-cü ilin əvvəlində mobil video dünyada onlayn oyunların həcminin 9 faizini təşkil edirdisə, 2014-cü ilin son rübündə bu göstərici 21 faizədək yüksəlib. 2013-cü ilin üçüncü rübündə planşetlər və smartfonlar trafiki və mobil videodan istifadə vaxtını 8 faiz olmaqla öz aralarında bölüb. Cari ilin yanvar-martının yekunlarına görə, qurğular arasında nisbət ¼ olmaqla smartfonların xeyrinə olub.
 
Ekspertlər bildirib ki, qeyd olunan tendensiya ondan xəbər verir ki, istifadəçilərin mobil videoya baxdığı qurğunun ölçüsü genişlənib. Son vaxtlar ərzində smartfon sahibləri əvvəllər olduğundan 10 dəqiqə daha uzun müddətə videoya baxıblar. Son hesabatın yekunları üzrə lider planşetlər olub (59 faiz). Bu, internetə qoşulan televizorlardan 43 faiz, mobil telefonlardan 37 faiz və fərdi kompüterlərdən 35 faiz çoxdur, - "Delo” yazır.  
 
 



Baxış sayı: 1321

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024