12px13px15px17px
Tarix:29/06/15

Antiplagiatlıq üzrə Azərbaycanın milli proqramından ali təhsildə istifadə müzakirə olunub

Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Polşanın “Plagiat.pl” şirkətinin “Ali təhsildə plagiat” mövzusunda təlimi keçirilib.
 
Tədbirdə institutun rəhbərliyi, professor-müəllim heyəti, doktorant və magistrantlar, Polşanın “Plagiat.pl” şirkətinin nümayəndələri iştirak edib. İnstitutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı “Ali təhsildə plagiat” mövzusunun keçirilməsinin aktuallığından, bu sahədə maarifləndirilmənin  əhəmiyyətindən danışıb.
 
 
Polşanın “Plagiat.pl” şirkətinin Bakı ofisinin direktoru Əli Təhməzov şirkət haqqında məlumat verərək bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən kampaniya  Moldova, Almaniya, Rumıniya, Polşa, Qazaxıstan, Azərbaycan və digər ölkələrdə fəaliyyət göstərir. Ə.Təhməzov bildirib ki, antiplagiat  kampaniyası artıq Azərbaycanda Ali Attestasiya Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və bir neçə ali təhsil ocaqlarının rəhbərləri  ilə görüşüb  və antiplagiatlıq üzrə Azərbaycanın milli proqramlarını təklif  edib:
 
“Şirkətin hazırladığı proqramlar təhsil müəssisələrində, nəşriyyatlarda, kitabxanalarda intellektual mülkiyyətin qorunmasına, sənədlərdə plagiat faylların aşkar olunmasına xidmət edir. “Plagiat.pl” şirkətinin proqramları hər hansı dildə plagiatı müəyyən etmək imkanına malikdir”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024