Tarix:30/06/15
İlk onluğa Tayvanın “Foxconn”, “Pegatron” və “Inventec, Çinin “Huaqin”, “Oppo”, “Coolpad” və “Wingtech”, Sinqapurun “Flextronics”, eləcə də Cənubi Koreyanın “Samsung” və “LG” şirkətləri daxildir. Qeyd olunan şirkətlərin siyahıda hansı yer tutması, həmçinin istehsal həcminin rəqəmləri barədə məlumat verilmir.
Bildirilir ki, “Foxconn” və “Pegatron” ilk onluğa “Apple” şirkəti ilə tərəfdaşlıq, "Inventec”in isə “Xiaomi” tərəfindən sifarişlər sayəsində düşüb. Bununla yanaşı, Tayvanın “Compal”, “Arima” və “Wistron” kimi məşhur kontraktlı istehsalçıları reytinqə daxil ola bilməyib.
Bundan əlavə, Çin istehsalçılarının mövqeyi xeyli möhkəmlənib və onlarla təkcə yerli şirkətlər deyil, həm də Hindistan, Rusiya Cənubi Amerika, Afrika və Avropa şirkətləri sıx əməkdaşlıq etməyə başlayıb, - "3DNews” yazır.
Dünyanın on iri smartfon istehsalçısının adı açıqlanıb
“IDC” analitik şirkəti 2015-ci ilin birinci rübünün yekunları üzrə dünyanın on iri smartfon istehsalçısının adını açıqlayıb. Məlumatda söhbət mobil qurğuların yığılmasını kənar istehsalçılara sifariş verənlərdən deyil, şəxsi zavodlara malik şirkətlərdən gedir.İlk onluğa Tayvanın “Foxconn”, “Pegatron” və “Inventec, Çinin “Huaqin”, “Oppo”, “Coolpad” və “Wingtech”, Sinqapurun “Flextronics”, eləcə də Cənubi Koreyanın “Samsung” və “LG” şirkətləri daxildir. Qeyd olunan şirkətlərin siyahıda hansı yer tutması, həmçinin istehsal həcminin rəqəmləri barədə məlumat verilmir.
Bildirilir ki, “Foxconn” və “Pegatron” ilk onluğa “Apple” şirkəti ilə tərəfdaşlıq, "Inventec”in isə “Xiaomi” tərəfindən sifarişlər sayəsində düşüb. Bununla yanaşı, Tayvanın “Compal”, “Arima” və “Wistron” kimi məşhur kontraktlı istehsalçıları reytinqə daxil ola bilməyib.
Bundan əlavə, Çin istehsalçılarının mövqeyi xeyli möhkəmlənib və onlarla təkcə yerli şirkətlər deyil, həm də Hindistan, Rusiya Cənubi Amerika, Afrika və Avropa şirkətləri sıx əməkdaşlıq etməyə başlayıb, - "3DNews” yazır.
Baxış sayı: 848
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır