12px13px15px17px
Tarix:30/06/15

Yaxın zamanda “Elektron hökumət” portalına 20-dən artıq xidmət inteqrasiya olunacaq

“Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna “Elektron hökumət” portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi” xidmətinin vətəndaşlar üçün daha çox aktual olduğu müəyyən edilib və bu xidmət tam şəkildə elektronlaşdırılaraq istifadəyə verilib.

Hazırda 22 e-xidmət elektronlaşdırılıb, tezliklə portal üzərindən vətəndaşların istifadəsinə veriləcək.
 
Bu sözləri Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin Milli Şəffaflıq Sisteminin qiymətləndirməsi layihəsi çərçivəsində “Elektron Xidmətlər və Elektron Hökumət sahəsində görülən işlər və problemlər” ilə bağlı son 6 ayı əhatə edən tərəqqi hesabatının təqdimatında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Dövlət reyestri şöbəsinin müdiri İlqar Abdullayev deyib.
 
O həmçinin qeyd edib ki, hazırda data.gov.az portalı vasitəsilə müxtəlif dövlət qurumları üzrə 21 adda məlumat bazaları açıq edilib. 
 
Şöbə müdiri portaldakı e-xidmətlərdən istifadə sayının artdığını da vurğulayıb: “1 iyun 2015-ci il tarixə portalın istifadəçilərinin sayı 1,9 milyon nəfərə çatıb və onlar 11,6 milyon dəfə e-xidmətlərdən istifadə ediblər”.
 
CAHANGİR
 



Baxış sayı: 739

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024