Tarix:30/06/15
Şimal qonşumuzun ərazisində İT üzrə ixtisaslaşmış şirkətlər istehsal etdikləri məhsulları həm Azərbaycana idxal etmək, həm də ölkəmizin ərazisində birgə müəssisələr yaratmaqla ortaq layihələr həyata keçirmək niyyətindədirlər.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) bildirilib ki, rusiyalı iş adamları bu səbəbdən Azərbaycandan partnyor axtarışına çıxıblar. Belə ki, bir müddət öncə ölkəmizə təşrif buyuran şimal qonşumuzun sahibkarları öz istəklərini bildirərək qeyd ediblər ki, ortaq layihələrdən hər iki tərəf yüksək gəlir əldə edə bilər.
ASK-dan qeyd edilib ki, Rusiya Federasiyasının bir neçə vilayətini təmsil edən iş adamları digər sahələrlə yanaşı, İKT istiqamətində də böyük potensialın olduğunu ifadə ediblər.
Rusiyanın ölkəmizə işgüzar səfərə gələn 12-yə yaxın şirkət təmsilçiləri Azərbaycanda müvafiq tərəfdaş tapmaq və əməkdaşlıq etmək məqsədini qarşıya qoyublar. Eləcə də Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək, idxal-ixrac əməliyyatları, yeni partnyorluq əlaqələri yaratmaq kimi məsələlər müzakirə olunub.
SEYMUR
Rusiya sahibkarları Azərbaycanın İKT bazarına maraq göstərir
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi və yeni texnologiyalara marağının artması bir çox dövlətlər kimi, Rusiya Federasiyasında fəaliyyət göstərən sahibkarların da diqqətini çəkib.Şimal qonşumuzun ərazisində İT üzrə ixtisaslaşmış şirkətlər istehsal etdikləri məhsulları həm Azərbaycana idxal etmək, həm də ölkəmizin ərazisində birgə müəssisələr yaratmaqla ortaq layihələr həyata keçirmək niyyətindədirlər.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) bildirilib ki, rusiyalı iş adamları bu səbəbdən Azərbaycandan partnyor axtarışına çıxıblar. Belə ki, bir müddət öncə ölkəmizə təşrif buyuran şimal qonşumuzun sahibkarları öz istəklərini bildirərək qeyd ediblər ki, ortaq layihələrdən hər iki tərəf yüksək gəlir əldə edə bilər.
ASK-dan qeyd edilib ki, Rusiya Federasiyasının bir neçə vilayətini təmsil edən iş adamları digər sahələrlə yanaşı, İKT istiqamətində də böyük potensialın olduğunu ifadə ediblər.
Rusiyanın ölkəmizə işgüzar səfərə gələn 12-yə yaxın şirkət təmsilçiləri Azərbaycanda müvafiq tərəfdaş tapmaq və əməkdaşlıq etmək məqsədini qarşıya qoyublar. Eləcə də Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək, idxal-ixrac əməliyyatları, yeni partnyorluq əlaqələri yaratmaq kimi məsələlər müzakirə olunub.
SEYMUR
Baxış sayı: 604
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır