12px13px15px17px
Tarix:30/06/15

Mobil Nömrələrin Daşınması sistemindən istifadə qaydalarına dəyişikliklər edilə bilər

Azərbaycanda Mobil Nömrələrin Daşınması sistemindən istifadə qaydalarına dəyişikliklər ediləcək.
Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun   “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu sistemin tətbiqi istifadəçilərə seçim azadlığı vermək üçün yaradılıb.
 

“Lakin mobil rabitə operatorlarının sistemindəki servis xidməti  bəzi hallarda çox bezdirici olur və sonda bir nəticə vermir. Buna səbəb isə bir operatorun abunəçisinin digər operatorun şəbəkəsinə keçməsinə imkan vermək istəyinin olmaması ilə bağlıdır. Məsələnin həlli yolu istifadəçinin digər mobil operatorun şəbəkəsinə müraciət edərək öz nömrəsi ilə birgə keçməsidir. Əlbəttə ki, abunəçilərin də operatorlar qarşısında vacib öhdəlikləri var. Bu, hesab üzrə borcun olmaması, nömrənin tam olaraq istifadəçiyə aid olması, abunəçinin şəxsiyyətini təsdiqləyən bilgilərin məlumat bazasında mövcud olan məlumata uyğun gəlməsidir”, - deyə İ. Məmmədov qeyd edib.

 
Nazir müavininin sözlərinə əsasən, sistemin işlədiyi dövrdə rast gəlinən problemləri aradan qaldırmaq üçün və mobil operatorlar tərəfindən yaradılan əngəllərin və istifadəçilərin sistemdən həddən artıq sui-istifadə etmə hallarının qarşısını almaq üçün qaydalara dəyişikliklər edilməsi ilə bağlı prosedurları son dərəcədə asanlaşdıran təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
 

“Düşünürəm ki, çox yaxın zamanda yeni qaydalar artıq tətbiq ediləcək”, - deyə İ. Məmmədov bildirib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 639

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024