12px13px15px17px
Tarix:30/06/15

“iPad” planşetləri “Viber” messencerini dəstəkləməyə başlayıb

Dünyanın ən populyar messencerlərindən biri “Viber” yenilənərək “iPad” planşetlərini tam dəstəkləməyə başlayıb.
 
“Windows”, “OS X”, “Android”, “Windows Phone”, “BlackBerry” və “Symbian” əməliyyat sistemlərinin istifadəçiləri uzun müddətdir messencerin istənilən əlavəsindən istifadə etməklə dünya üzrə pulsuz zənglər etsələr də, “iPad” sahibləri bu imkandan yararlanmaqdan kənarda qalmışdı.
 
Messencerin “App Store” əlavələr mağazasında yerləşdirilməsindən beş il ötüb və yenilənmə sayəsində "Viber”in bütün funksiyalarından “iPad” planşetlərində tam istifadə mümkün olub.
 
"Viber”in son versiyasını  linkindən yükləmək olar, - "AppleInsider” yazır. 



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024