12px13px15px17px
Tarix:30/06/15

Avropa İttifaqı hakimiyyəti 2017-ci ilin sonunadək rouminq üçün ödənişin ləğvi barədə razılığa gəlib

Avropa Komissiyası, Avropa Parlamenti və Avropa İttifaqı Şurası 2017-ci ilin sonunadək ittifaqa daxil olan ölkələrin ərazisində rouminq xidməti üçün tariflərin ləğvi barədə razılığa gəlib.   
 
"2017-ci ilin sonunadək rouminq üçün ödənişin ləğvində irəliləyiş əldə olunub. Hamı pulsuz internetdən yararlana biləcək. Biz siyasi razılığa nail olduq", - sosial şəbəkələrdə Aİ-nin rəqəmli iqtisadiyyat məsələləri üzrə komissarı Günter Ettinger yazıb.
 
Öz növbəsində Avropa Komissiyasının vahid rəqəmli bazar üzrə vitse-prezidenti Andrus Ansip bildirib ki, Avropa İttifaqında hamı rouminqin ləğvi ilə bağlı dəqiq tarixi və şəbəkə neytrallığının qurulmasını gözləyirdi.
 
"Aİ-də sədrlik edən Latviyaya və razılığın əldə olunması üzrə danışıqlarda iştirak edənlərin hamısına təşəkkür edirəm", - vitse-prezident sosial şəbəkələrdə qeyd edib, - "Interfax" yazır. 



Baxış sayı: 490

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024