12px13px15px17px
Tarix:01/07/15

İyul çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçılar hərbi xidmət keçmə yerini artıq internet üzərindən öyrənə bilərlər

Cari ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçılar hərbi xidmət keçmə yerini artıq elektron qaydada öyrənə bilərlər.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu, Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytının (seferberlik.gov.az) "Elektron xidmət" bölməsində yerləşdirilmiş "Çağırışcılara müddətli həqiqi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların verilməsi xidməti" vasitəsilə həyata keçirilir.
 
Sözügedən xidmətdən istifadə etmək üçün çağırışçı adını, soyadını, atasının adını, təvəllüdünü, həmçinin qeydiyyatda olduğu şöbə, bölmə və ya idarənin adını və şəkildəki simvolları  müvafiq xanalara daxil etdikdən sonra "Axtar" düyməsini sıxmalıdır.

Axtarış prosedurunun düzgün həyata keçirilməsi nəticəsində çağırışçı hərbi xidmət keçmə yeri barədə məlumat əldə edir.
 
Həmçinin çağırışçılar, hərbi xidmət keçmə yeri haqqında məlumatı istənilən mobil operatordan 9100 nömrəsinə şəxsiyyət vəsiqələrinin yalnız nömrəsini (seriyasız) yazıb göndərməklə əldə edə bilərlər.
 
 
CAHANGİR 




Baxış sayı: 1158

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024