12px13px15px17px
Tarix:01/07/15

Fransa startap-vizalar proqramını işə salıb

Fransanın işə saldığı "French Tech Ticket" proqramı xarici sahibkarlara bu ölkədə işgüzar viza almaq şansı yaradır. Bu haqda "La French Touch Conference" konfransında rəqəmli texnologiyalar üzrə dövlət katibi Aksel Lemer deyib.
 
"ICTnews" elektron xəbər xidməti "ain.ua" saytına istinadən bildirir ki, proqram işgüzar vizadan başqa, həmçinin komandanın hər bir üzvü üçün 14 000-dən 28000 dollaradək məbləğdə qrant ayrılmasını, Parisdə pulsuz ofis sahəsi, həmçinin inzibati məsələlər üzrə ingilisdilli konsultant xidmətləri nəzərdə tutur.
 
Hazırda proqram 500 yerdən ibarətdir. Komandalar proqramda iştiraka iddia etmək üçün aşağıdakı meyarlara uyğun olmalıdır:
 
  • Bu, erkən mərhələdə olan startap və ya startap ideyasına malik komanda olmalıdır;
 
  • komanda Fransada öz biznesini inkişaf etdirmək planına malik olmalıdır;
 
 
  • komanda üç nəfərdən ibarət olmalıdır;
 
  • komanda ingilis dilində sərbəst danışmalıdır;
 
 
 
 
  • komanda 2016-cı ilin yanvarında Parisə köçməyə hazır olmalıdır.
 
Emil Hüseynov
 

 



Baxış sayı: 710

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024