12px13px15px17px
Tarix:01/07/15

SMS-in ixtiraçısı vəfat edib

Qısa SMS bildirişlər texnologiyasının yaradıcısı adlandırılan finlandiyalı mühəndis Matti Makkonen 63 yaşında dünyasını dəyişib.
 
Mühəndis tərəfindən mobil qurğular vasitəsilə qısa bildirişlərin ötürülməsi texnologiyası 1984-cü ildə kəşf edilib. Lakin M.Makkonen özünü SMS yaradıcısı hesab etməyərək qısa mobil bildirişlərin ötürülməsinin bir neçə insanın birgə səyi nəticəsində ərsəyə gəlməsini qeyd edirdi. Buna baxmayaraq o, 2008-ci ildə “The Economist” jurnalının innovasiyalar sahəsində SMS kəşfinə görə mükafatına layiq görülüb.
 
Finlandiya alimi “BBC” şirkətinə 2012-ci ildə verdiyi müsahibədə bildirib ki, onun tərəfindən yaradılan texnologiya aktuallığını itirir. “Artıq bizim SMS adlandırdığımız texnologiyaya ehtiyac qalmayıb. Bildirişlərin göndərilməsinə görə ödəniş etmək lazım deyil”, - o vurğulayıb.
 
Bununla belə, dünyada hələ də hər gün bir neçə milyard qısa bildiriş göndərilir.
 
Qeyd olunur ki, M. Makkonen kəşf üçün patent hüququ almamasına görə texnologiyadan istifadədən gəlir əldə etməyib, - "IT Expert yazır.



Baxış sayı: 1203

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024