12px13px15px17px
Tarix:01/07/15

Əcnəbi tələbələrin qəbul qaydaları elektronlaşdırılıb

Azərbaycan Dövlət İqtisad Universiteti dünyanın nüfuzlu universitetlərinin standartlarına uyğun olaraq 2015/2016-cı tədris ilindən əcnəbi tələbələrin qəbul qaydalarını elektronlaşdırıb.
 
Universitetdən “ICTnews.az”-a verilən məlumata görə, Azərbaycanın iqtisad profilli yeganə dövlət universiteti və Cənubi Qafqazın ən böyük ali məktəblərindən biri olan UNEC 21 ixtisas üzrə əcnəbilərin bakalavr və magistratura səviyyələrində tələbə qəbulunu elan edir. Təhsil Azərbaycan, rus, türk və ingilis dillərində aparılır.
 
 
Əcnəbi vətəndaşlar üç dildə fəaliyyət göstərən  “kabinet.unec.edu.az” saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edəcək və müvafiq tələblərə cavab verdikləri halda təhsil alma hüququnu qazanacaqlar. Əcnəbi vətəndaşlardan müvafiq sənədlərlə yanaşı, tövsiyə məktubu da tələb olunur.
 
 
Növbəti mərhələdə isə abituriyentlər “Skype” vasitəsilə müsahibəyə dəvət ediləcək.
Sənəd qəbulu sentyabrın 10-dək davam edəcək.
 
 
SEYMUR



Baxış sayı: 846

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024