Tarix:01/07/15
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, nazirlik mobil şəbəkə üzərindən fəaliyyət göstərən proqram əlavələrinin istifadəsinə qadağa qoymaq niyyətində deyil.
Tənzimləyici orqan olaraq nazirlik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi tərəfdarıdır.
Azərbaycanda internet azaddır və bu gün ölkədə 3 mobil operator və 40-dan çox internet provayder fəaliyyət göstərir. Bu tip xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ nazirliyin prioriteti ola bilməz.
Ölkədə fəaliyyət göstərən mobil operatorlar məşhur tətbiqlər vasitəsi ilə bu gün mobil rabitə operatorlarının şəbəkəsi üzərindən pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparıldığını, hətta artıq səsli və görüntülü data məlumatlarının ötürülməsinin mümkünlüyünü qeyd edirlər.
Hazırda ölkədə mobil internet istifadəçilərinin sayı günü-gündən artır və bu cür servislər sayəsində istifadəçilər mobil internet trafikindən daha çox istifadə edirlər. Nəticə olaraq operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu ödəyir. Belə olan halda hər hansı bir mobil tətbiqin məhdudlaşdırılması mobil operatorun maraq dairəsinə daxil ola bilməz.
"WahtsApp"ın işində problemlərin yaranması haqda məlumatları şərh edən yerli mobil operatorların təmsilçiləri bu problemlərin onların şəbəkəsi ilə bağlı olmadığını qeyd edib.
Araşdırma nəticəsində məlum olub ki, hazırda "WhatsApp" messenceri Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş ölkələrdə, eləcə də Cənubi Amerika, Hindistan, Avstraliyada problemlərlə işləyir və ya ümumiyyətlə işləmir.
"www.kazhdysboy.ru" saytında dərc olunmuş xəritədə mobil tətbiqdə problem qeydə alınan ölkələr göstərilib.
Xəritədə sarı rənglə nasazlıqların müşahidə olunan ölkələr arasında Azərbaycanın da adı var. Ölkəmizdəki problemin mövcudluğu ilə bağlı ştrix xətt digər Avropa ölkələrinə nisbətən daha açıq sarı rənglə əks edilib.
Qeyd edək ki, problemlər digər ölkələrdə artıq iyun ayının 18-dən etibarən müşahidə olunur.
"WhatsApp" — smartfonlar üçün nəzərdə tutulmuş prioritet messencerdir. Servis mətnli mesajlar, təsvirlər, video və audio fayllar göndərməyə imkan verir.
Aynur Vəliyeva
Dünyada “WhatsApp” messencerinin işində nasazlıqlar müşahidə olunur
Azərbaycanda "WhatsApp" messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və rabitə administrasiyası ilə bağlılığı yoxdur.Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edir ki, nazirlik mobil şəbəkə üzərindən fəaliyyət göstərən proqram əlavələrinin istifadəsinə qadağa qoymaq niyyətində deyil.
Tənzimləyici orqan olaraq nazirlik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi tərəfdarıdır.
Azərbaycanda internet azaddır və bu gün ölkədə 3 mobil operator və 40-dan çox internet provayder fəaliyyət göstərir. Bu tip xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ nazirliyin prioriteti ola bilməz.
Ölkədə fəaliyyət göstərən mobil operatorlar məşhur tətbiqlər vasitəsi ilə bu gün mobil rabitə operatorlarının şəbəkəsi üzərindən pulsuz yazılı, səsli mesajların mübadiləsinin aparıldığını, hətta artıq səsli və görüntülü data məlumatlarının ötürülməsinin mümkünlüyünü qeyd edirlər.
Hazırda ölkədə mobil internet istifadəçilərinin sayı günü-gündən artır və bu cür servislər sayəsində istifadəçilər mobil internet trafikindən daha çox istifadə edirlər. Nəticə olaraq operatorlar səsli mobil rabitə xidmətlərindən əldə etdikləri gəlirləri itirsələr də, data xidmətlərindən əldə etdikləri gəlirlər bunu ödəyir. Belə olan halda hər hansı bir mobil tətbiqin məhdudlaşdırılması mobil operatorun maraq dairəsinə daxil ola bilməz.
"WahtsApp"ın işində problemlərin yaranması haqda məlumatları şərh edən yerli mobil operatorların təmsilçiləri bu problemlərin onların şəbəkəsi ilə bağlı olmadığını qeyd edib.
Araşdırma nəticəsində məlum olub ki, hazırda "WhatsApp" messenceri Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya kimi inkişaf etmiş ölkələrdə, eləcə də Cənubi Amerika, Hindistan, Avstraliyada problemlərlə işləyir və ya ümumiyyətlə işləmir.
"www.kazhdysboy.ru" saytında dərc olunmuş xəritədə mobil tətbiqdə problem qeydə alınan ölkələr göstərilib.
Xəritədə sarı rənglə nasazlıqların müşahidə olunan ölkələr arasında Azərbaycanın da adı var. Ölkəmizdəki problemin mövcudluğu ilə bağlı ştrix xətt digər Avropa ölkələrinə nisbətən daha açıq sarı rənglə əks edilib.
Qeyd edək ki, problemlər digər ölkələrdə artıq iyun ayının 18-dən etibarən müşahidə olunur.
"WhatsApp" — smartfonlar üçün nəzərdə tutulmuş prioritet messencerdir. Servis mətnli mesajlar, təsvirlər, video və audio fayllar göndərməyə imkan verir.
Aynur Vəliyeva
Baxış sayı: 1428
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib