12px13px15px17px
Tarix:01/07/15

Vətəndaşlar elektron xidmətlərlə bağlı fikirlərini video-çarx vasitəsilə də bildirmək imkanı əldə ediblər

Azərbaycanda elektron xidmətlərə maraq göstərənlərin sayının sürətlə artması xidmətlərlə bağlı daha çox rəy və təkliflərin formalaşmasına rəvac verir. İnsanlar “Elektron hökumət” portalındakı “Fikir bankı” vasitəsilə xidmətlərlə bağlı fikirlərini bildirə, eyni zamanda yeni təkliflərlə çıxış edə bilirlər.
 
Hazırki tələbatı nəzərə alan “Elektron hökumət” portalının operatoru – Məlumat Hesablama Mərkəzi “Fikir bankı”na yeni funksiyalar əlavə edib.
 
Artıq vətəndaşlar “Fikir bankı”na yazılmış fikirlərə öz münasibətlərini bildirə bilərlər. Bunun üçün fikirlərin alt hissəsində qoyulmuş olan şərh bölməsinə daxil olmaq kifayətdir.
 
Yeni yaradılmış funksionallıqlardan biri də istifadəçilər tərəfindən təklif və rəylərin video-çarxa çəkilərək “Fikir bankı”na göndərilə bilməsidir. 
 
CAHANGİR



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024