12px13px15px17px
Tarix:02/07/15

Sosial şəbəkə yaradıcısı kommunikasiya texnologiyalarının mütərəqqi inkişaf mərhələsini açıqlayıb

“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberq səhifəsində növbəti “Q&A” onlayn mətbuat konfransı keçirərək istifadəçilərin suallarını cavablandırıb.  
 
İstifadəçilərin suallarından birini cavablandıran M.Sukerberq qeyd edib ki, gec-tez şüurun insandan insana tam ötürülməsi üçün texnologiya kəşf ediləcək. “Müəyyən mövzu barədə düşünən zaman dostlarınız sizin razılığınızla bu fikirləri dərhal paylaşa biləcəklər”, - o bildirib. Onun sözlərinə görə, bu, kommunikasiya texnologiyalarının inkişafında ən mütərəqqi mərhələ olacaq.
 
O, həmçinin şirkətin süni intellekt sahəsində apardığı tədqiqatlardan söz açıb. Onun sözlərinə görə, onların məqsədi “Facebook”un istifadəçilərin paylaşdıqlarının mənasını başa düşməkdir.
 
Məsələn, istifadəçi dostu ilə çəkdirdiyi fotoşəkili dərc edirsə, şəbəkə onun dostunun bu fotoşəkili görməsini təmin etməlidir, yaxud insan it ilə çəkdirdiyi fotoşəkili dərc edirsə, “Facebook” ona digər it həvəskarlarını tapmaqda yardımçı olmalıdır.
 
Bu məqsədlə sosial şəbəkə üçün informasiyanı insandan daha yaxşı anlayan və təhlil edən süni intellekt sistemi yaradılmalıdır, - “Vedemosti yazır. 



Baxış sayı: 843

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024