Tarix:09/06/11
TI xidməti Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyasının (TERENA) çərçivəsində fəaliyyət göstərən TI xidməti CERT-lərin qeydiyyatı, akkreditasiyası və sertifikatlaşdırılması məsələləri ilə məşğul olur.
İstifadəçilərinə keyfiyyətli CERT xidmətləri göstərmək, CERT xidmətləri üzrə beynəlxalq qurumlara inteqrasiya məsələlərini həyata keçirmək məqsədlərinə xidmət edən AZ-CERT komandası akkreditasiya üçün 2010-cu ilin sonlarında TI xidmətinə müraciət etmişdir. Məlum olduğu kimi, akkreditasiya prosedurunda komandanın göstərdiyi servislərin keyfiyyətinə bir sıra tələblər irəli sürülür. AZ-CERT komandası müvafiq sənədlərdə göstərilən tələblərin həyata keçirilməsi üçün məqsədyönlü işlər aparmışdır.
TI akkreditasiya edilmiş CERT komandaları üçün bir sıra xidmətlər göstərir: xüsusi informasiya materiallarına və xəbərdarlıq sisteminə giriş, xüsusi verilənlər bazasından istifadə və insident obyektlərinin bu bazada qeydiyyatı, yalnız üzvlər üçün nəzərdə tutulmuş tədbirlərdə iştirak, insidentlərin emalı zamanı məlumat mübadiləsi üçün şifrləmə və elektron imza infrastrukturu və s.
Qlobal informasiya infrastrukturu mühitində informasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması və cavablandırılması üçün beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan TI və oxşar beynəlxalq infrastrukturlara inteqrasiya AZ-CERT komandasına dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaradır.
AzScienceNet-in informasiya təhlükəsizliyi operativ qorunacaq
AzScienceNet Elm kompyuter şəbəkəsində baş verə biləcək informasiya təhlükəsizliyi insidentlərinin opertaiv cavablandırma qurumu olan AZ-CERT komandası Avropa CERT-lərinin Trusted Indroducer (TI) xidməti tərəfindən akkreditasiya edilmişdir.TI xidməti Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyasının (TERENA) çərçivəsində fəaliyyət göstərən TI xidməti CERT-lərin qeydiyyatı, akkreditasiyası və sertifikatlaşdırılması məsələləri ilə məşğul olur.
İstifadəçilərinə keyfiyyətli CERT xidmətləri göstərmək, CERT xidmətləri üzrə beynəlxalq qurumlara inteqrasiya məsələlərini həyata keçirmək məqsədlərinə xidmət edən AZ-CERT komandası akkreditasiya üçün 2010-cu ilin sonlarında TI xidmətinə müraciət etmişdir. Məlum olduğu kimi, akkreditasiya prosedurunda komandanın göstərdiyi servislərin keyfiyyətinə bir sıra tələblər irəli sürülür. AZ-CERT komandası müvafiq sənədlərdə göstərilən tələblərin həyata keçirilməsi üçün məqsədyönlü işlər aparmışdır.
TI akkreditasiya edilmiş CERT komandaları üçün bir sıra xidmətlər göstərir: xüsusi informasiya materiallarına və xəbərdarlıq sisteminə giriş, xüsusi verilənlər bazasından istifadə və insident obyektlərinin bu bazada qeydiyyatı, yalnız üzvlər üçün nəzərdə tutulmuş tədbirlərdə iştirak, insidentlərin emalı zamanı məlumat mübadiləsi üçün şifrləmə və elektron imza infrastrukturu və s.
Qlobal informasiya infrastrukturu mühitində informasiya təhlükəsizliyi insidentlərinin qarşısının alınması və cavablandırılması üçün beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan TI və oxşar beynəlxalq infrastrukturlara inteqrasiya AZ-CERT komandasına dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə səmərəli əməkdaşlıq üçün geniş imkanlar yaradır.
Baxış sayı: 1238
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib