12px13px15px17px
Tarix:03/07/15

Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün istifadə olunan “Twitter” həştəqlər üzərində aparılan araşdırmanın nəticələri məlum olub

"Twitter" sosial şəbəkəsinin Azərbaycan seqmentinin analizi, trendlərin və statistikanın müəyyən olunması ilə məşğul olan "Aztwi.com" saytı "Bakı 2015" birinci Avropa Oyunlarını işıqlandırmaq üçün istifadə olunan həştəqlər üzərində apardığı  araşdırmanın nəticələrini açıqlayıb.
 
"ICTnews" elektron xəbər xidmətinin adıçəkilən resursa istinadən verdiyi məlumata görə, araşdırma 4 həştəqi – "#Baku2015", "#EuropeanGames", "#RealBaku", "#HelloBaku"-nu əhatə edib.
 
"#Baku2015" açar sözü ilə ümumilikdə 1333 istifadəçi tərəfindən generasiya olunmuş 119240 tvit mövcuddur. Bunlardan 1066 istifadəçi 83220 tviti 12-28 iyun tarixlərində generasiya edib.
 
Qeyd edək ki, "#Baku2015" açar sözü araşdırılan həştəqlər arasında ən məşhurudur.
 
"#EuropeanGames" açar sözü ilə toplam 707 istifadəçi 55802 tvit generasiya edib. Bunlardan 592 istifadəçi 49020  tviti 12-28 iyun tarixlərində yazıb.
 
"#RealBaku" açar sözü ilə ümumilikdə 368 istifadəçinin generasiya etdiyi 70990 tvit olub. Bunlardan 301 istifadəçi 70990 tviti 12-28 iyun tarixlərində generasiya edib.
 
"#HelloBaku" açar sözü ilə toplam 313 istifadəçi 40874 tvit generasiya edib. Bunlardan 222 istifadəçi 32829 tviti 12-28 iyun tarixlərində yazıb.
 
Hər dörd həştəqdən istifadə edənlərin orta hesabla yarısı bunu personal kompüter və ya noutbuk vasitəsi ilə edib.
 
Tvitləri yazanların böyük hissəsi oğlanlar olub.
Tvitlərini personal kompüter vasitəsilə ilə yazmayan ən böyük qrup "iPhone"  istifadəçiləridir.
 
Bu həştəqlərdən istifadə edən bir çox istifadəçilər yeni qeydiyyatdan keçmiş və demək olar ki, başqa heç bir mövzuda tvitləri olmayan istifadəçilərdir.
 
CAHANGİR
 



Baxış sayı: 634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024