12px13px15px17px
Tarix:03/07/15

Planşet şirkətlərdə istifadə edilən yeganə fərdi kompüter qurğusuna çevrilir

“International Data Corporation” (“IDC”) analitiklərin tədqiqatına əsasən, biznes sahəsində planşet kompüterlərindən aktiv istifadə edilir, bir çox hallarda isə iş yerində şirkətin əməkdaşları məsələlərin həlli üçün yalnız bu qurğudan istifadə edir. Belə tendensiya xüsusilə Böyük Britaniya, Fransa və Almaniyada daha çox müşahidə olunur.


"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, "Korporativ mühitdə planşet istifadəçilərinin əksəriyyəti ən azı bir kompüter qurğusuna malikdir – “IDC EMEA Personal Computing” bölməsinin baş analitiki Marta Fiorentini bildirib.


"Biznes proseslərinin rəqəmləşdirilməsi, həmçinin korporativ istifadəçilər üçün planşetlərin aparat və proqram optimallaşdırılması ilə əlaqədar biz yalnız planşetlərin payının artımını gözləyə bilərik" – Fiorentini qeyd edib.


Tədqiqata görə, rəyi soruşulmuşların 40 faizi üçün planşetlər yeganə korporativ fərdi kompüter qurğusudur.


Emil Hüseynov



Baxış sayı: 501

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024