Tarix:03/07/15
Şəbəkələrin əksəriyyəti tezliklə işə salınıb. Fasilənin yaranmasına əsas səbəb kimi marşrutlayıcının artıq yüklənməsi göstərilir.
Gecə yarısından dərhal sonra qlobal marşrutlayıcı cədvəlində dəyişikliklər tezliyi 30 saniyə ərzində 800 minədək artıb.
İnternetin 500 min ayrı-ayrı şəbəkədən ibarət olan meqaşəbəkə olmasını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, internet infrastrukturunun təxminən 0,5 faizi əlavə saniyəyə görə problemlə üzləşib.
İnternetlə bağlantısı olan kompüter şəbəkələrinin əksəriyyəti vaxtı müəyyənləşdirmək üçün ümumdünya koordinasiya vaxtı ilə əlaqədar "NTP” (Network Time Protocol) protokolundan istifadə edir.
2012-ci ildə analoji vəziyyət daha geniş problemlərə səbəb olub. O zaman “Linux” sistemləri ziyan çəkib və "LinkedIn” kimi bir neçə iri saytın fəaliyyəti dayanıb. Lakin bu dəfə şirkətlərin çoxunun vəziyyətə daha yaxşı hazır olmasına görə problemin miqyası geniş olmayıb, - "Telekomza” yazır.
Əlavə saniyə dünya internet şəbəkəsinə necə təsir göstərib?
Dünya internet trafikinin tədqiqi ilə məşğul olan “Dyn” analitik şirkətinin məlumatına görə, iyunun 30-da gecə yarısında ümumdünya koordinasiya vaxtı (UTC) üzrə dünyada 2 minə yaxın kompüter şəbəkəsinin fəaliyyəti dayanıb. Onların təxminən yarısı Braziliyada olub ki, bu da orada əlavə saniyəyə hazır olmayan köhnə marşrutlayıcı modellərin yayılmasından xəbər verir.Şəbəkələrin əksəriyyəti tezliklə işə salınıb. Fasilənin yaranmasına əsas səbəb kimi marşrutlayıcının artıq yüklənməsi göstərilir.
Gecə yarısından dərhal sonra qlobal marşrutlayıcı cədvəlində dəyişikliklər tezliyi 30 saniyə ərzində 800 minədək artıb.
İnternetin 500 min ayrı-ayrı şəbəkədən ibarət olan meqaşəbəkə olmasını nəzərə alaraq belə qənaətə gəlmək olar ki, internet infrastrukturunun təxminən 0,5 faizi əlavə saniyəyə görə problemlə üzləşib.
İnternetlə bağlantısı olan kompüter şəbəkələrinin əksəriyyəti vaxtı müəyyənləşdirmək üçün ümumdünya koordinasiya vaxtı ilə əlaqədar "NTP” (Network Time Protocol) protokolundan istifadə edir.
2012-ci ildə analoji vəziyyət daha geniş problemlərə səbəb olub. O zaman “Linux” sistemləri ziyan çəkib və "LinkedIn” kimi bir neçə iri saytın fəaliyyəti dayanıb. Lakin bu dəfə şirkətlərin çoxunun vəziyyətə daha yaxşı hazır olmasına görə problemin miqyası geniş olmayıb, - "Telekomza” yazır.
Baxış sayı: 754
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib