Tarix:06/07/15
6-8 iyul 2015-ci il tarixlərində davam edəcək konfransın bir günü AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq. Beynəlxalq konfransın açılış mərasimi “Aysberq“ istirahət mərkəzində baş tutub.
Son onilliklər ərzində ilk dəfədir ki, Azərbaycanda Günəş fizikası üzrə belə bir mühüm tədbir keçirilir. Beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan dünya miqyasında tanınmış alimlər dəvətli məruzəçilər qismində iştirak edir. Kosmik texnologiyaların sürətli inkişafı Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində də mühüm dəyişikliklərə və tamamilə yeni baxışlara gətirib çıxarıb, bu sahələri müasir elmin ən dəbdə olan istiqamətlərinə çevirib.
Konfransda Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər. Nəzərdə tutulub ki, azərbaycanlı və xarici alimlər arasında təmaslar əməkdaşlıq əlaqələri qurmağa, birgə tədqiqatlar aparmağa, xüsusilə, gənc kadr hazırlığına zəmin yaradacaq. Nəzərə almaq lazımdır ki, astronomiya sahəsində kadr hazırlığı uzun sürən və mərhələli prosesdir və bu iş daim elmi tədqiqatlara paralel olaraq aparılmalıdır.
Son illər azərbaycanlı alimlər həm Günəş, həm də kosmik hava təsirləri (Günəş və geomaqnit fəallığının və kosmik şüalar selinin texnoloji sistemlərə, bioloji strukturlara, o cümlədən, insan sağlamlığına təsiri və s.) üzrə intensiv tədqiqatlar aparır, dünyanın bir sıra ölkələrindən olan həmkarları ilə effektiv əməkdaşlıq edirlər. Alimlərimizin elmi məqalələri yüksək impakt faktorlu, indekslənən xarici jurnallarda dərc olunur, onlarla istinadlar verilir. Şamaxı Astrofizika Rəsədxanasında Günəş teleskopları modernləşdirilir, “Kosmik Hava Mərkəzi” formalaşdırılır.
Konfransda Günəşin daxili qatlarını xüsusi nəzəri və eksperimental yollarla tədqiq edən modern elm sahəsi – helioseysmologiya/astroseysmologiya üzrə bir sıra mühüm məruzələr dinləniləcək. Günəşdə rəqslər və dalğalar, Günəşin yerüstü və kosmik üsullarla eksperimental tədqiqi, Günəş fəallığı, Günəş plazması, Günəş alışmaları, Günəş neytrino problemi, Günəş küləyi, Günəşin maqnit sahəsi və s. üzrə çıxışlar müzakirə ediləcək. Bir neçə məruzə Günəş və kosmik şüalar fəallığının Yer üzərində iqlimin formalaşmasına, həmçinin texnoloji sistemlərə və insan sağlamlığına təsirinə həsr olunacaq.
Konfrans materiallarının rəydən keçdikdən sonra nəfis kitab şəklində çapı planlaşdırılıb.
Həqiqət İSABALAYEVA
Bakıda Günəş fizikası və kosmik hava tədqiqatları üzrə beynəlxalq konfrans keçirilir
Prezident yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə Bakı şəhərində “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” beynəlxalq konfransı keçirilir.6-8 iyul 2015-ci il tarixlərində davam edəcək konfransın bir günü AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq. Beynəlxalq konfransın açılış mərasimi “Aysberq“ istirahət mərkəzində baş tutub.
Son onilliklər ərzində ilk dəfədir ki, Azərbaycanda Günəş fizikası üzrə belə bir mühüm tədbir keçirilir. Beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan dünya miqyasında tanınmış alimlər dəvətli məruzəçilər qismində iştirak edir. Kosmik texnologiyaların sürətli inkişafı Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində də mühüm dəyişikliklərə və tamamilə yeni baxışlara gətirib çıxarıb, bu sahələri müasir elmin ən dəbdə olan istiqamətlərinə çevirib.
Konfransda Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər. Nəzərdə tutulub ki, azərbaycanlı və xarici alimlər arasında təmaslar əməkdaşlıq əlaqələri qurmağa, birgə tədqiqatlar aparmağa, xüsusilə, gənc kadr hazırlığına zəmin yaradacaq. Nəzərə almaq lazımdır ki, astronomiya sahəsində kadr hazırlığı uzun sürən və mərhələli prosesdir və bu iş daim elmi tədqiqatlara paralel olaraq aparılmalıdır.
Son illər azərbaycanlı alimlər həm Günəş, həm də kosmik hava təsirləri (Günəş və geomaqnit fəallığının və kosmik şüalar selinin texnoloji sistemlərə, bioloji strukturlara, o cümlədən, insan sağlamlığına təsiri və s.) üzrə intensiv tədqiqatlar aparır, dünyanın bir sıra ölkələrindən olan həmkarları ilə effektiv əməkdaşlıq edirlər. Alimlərimizin elmi məqalələri yüksək impakt faktorlu, indekslənən xarici jurnallarda dərc olunur, onlarla istinadlar verilir. Şamaxı Astrofizika Rəsədxanasında Günəş teleskopları modernləşdirilir, “Kosmik Hava Mərkəzi” formalaşdırılır.
Konfransda Günəşin daxili qatlarını xüsusi nəzəri və eksperimental yollarla tədqiq edən modern elm sahəsi – helioseysmologiya/astroseysmologiya üzrə bir sıra mühüm məruzələr dinləniləcək. Günəşdə rəqslər və dalğalar, Günəşin yerüstü və kosmik üsullarla eksperimental tədqiqi, Günəş fəallığı, Günəş plazması, Günəş alışmaları, Günəş neytrino problemi, Günəş küləyi, Günəşin maqnit sahəsi və s. üzrə çıxışlar müzakirə ediləcək. Bir neçə məruzə Günəş və kosmik şüalar fəallığının Yer üzərində iqlimin formalaşmasına, həmçinin texnoloji sistemlərə və insan sağlamlığına təsirinə həsr olunacaq.
Konfrans materiallarının rəydən keçdikdən sonra nəfis kitab şəklində çapı planlaşdırılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 676
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır