12px13px15px17px
Tarix:06/07/15

Alimlər: “İnsan telefondan informasiyanı daha yaxşı qəbul edir”

Bu yaz “Facebook Inc.” “SalesBrain” şirkətinə istehlakçıların smartfon və ya televizorda göstərilən reklama reaksiyasını aydınlaşdırmağı tapşırıb.

"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, tədqiqatçılar iştirakçıların nəbzini, beynin aktivliyini ölçüb, gözlərin hərəkətini qeydə alıblar. Nəticədə alimlər müəyyənləşdirib ki, telefondakı informasiya televizorda göstərilən reklamla müqayisədə insanın diqqətini  daha çox cəlb edir.

Bu belə izah edilib ki, biz telefonu özümüzə çox yaxın saxlayırıq və bu, bizi məzmunla bağlı daha diqqətli olmağa məcbur edir.

Emil Hüseynov



Baxış sayı: 644

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024