Tarix:08/07/15
Proqnozlaşdırılan həcm 2014-cü ilin 2,4 milyard qurğu göstəricisindən 1,5 faiz çoxdur. Bundan əvvəl ekspertlər tədarük həcminin 2,8 faiz səviyyəsində olacağını gözləyirdilər.
Tədqiqatda həmçinin qeyd olunur ki, bu il istehlakçılar qurğuların alışına ümumilikdə 606 milyard dollar xərcləyəcək. 2014-cü ildə bu göstərici 642 milyard dollar təşkil edib. Qiymətləndirmə özünü doğrultsa, kompüter elektronikasının satışı 5,7 faiz aşağı düşəcək ki, bu da 2010-cu ildən ilk azalma olacaq.
Gələcəkdə müsbət dinamikaya qayıdış gözlənilir: 2016-cı ildə kompüter qurğularının satışının 616,6 milyard dollaradək artacağı, 2017-ci ildə 627 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, bütün növ fərdi kompüter, planşet və mobil telefonların növbəti iki ildə tədarükü 2,55 və 2,63 milyard ədəd səviyyəsində gözlənilir.
Qiymətləndirmənin dəyişməsi səbəbləri barədə danışan "Gartner"in tədqiqatlar üzrə direktoru Rancit Atval bildirib ki, proqnoz fərdi kompüterlərin Qərbi Avropa, Rusiya və Yaponiyada davam edən satışının aşağı düşməsi ilə əlaqədar azaldılıb. Tələbatın zəif olması ABŞ dollarının möhkəmlənməsinə görə kompüterlərin bahalaşması ilə izah edilir.
Hazırkı vəziyyəti nəzərə alan analitiklər bütün növ fərdi kompüterlərin (masaüstü kompüter, noutbuk və ultrabuklar) 2015-ci ildə tədarükünün 300 milyon ədəd səviyyəsində olacağını proqnozlaşdırırlar ki, bu da gözlənilən 314 milyon göstəricidən 4,4 faiz azdır. Artımın 2016-cı ildən tez bərpa olunacağı gözlənilmir. Ekspertlərin fikrincə, istehlakçılar yeni qiymətlərə alışdıqdan sonra "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən modellər satışı stimullaşdıra bilər.
Planşetlər kateqoriyasında da azalma gözlənilir: onların tədarükü 5,9 faiz - 207 milyonadək azalacaq. Bu qurğuların tədarükünün artmasına mane olan faktorlar arasında "Gartner" analitiki Roberta Kozza planşetlərin istismar müddətinin çox olmasını, yeni planşet modellərində əhəmiyyətli dəyişikliklərin olmamasını və smartfonların funksionallığının artmasını qeyd edib.
Mobil telefonlar artımın müşahidə olunduğu yeganə seqment olaraq qalır. Kompüterlərdən fərqli olaraq smartfonlar ucuzlaşmaqda davam edir. Bundan başqa, müsbət dinamikanı saxlamağı Çin başda olmaqla inkişaf etməkdə olan bazarlar dəstəkləyir. Bununla yanaşı, "Gartner" Çində tələbatın ödənilməsinə görə artımın zəifləyəcəyi barədə xəbərdarlıq edir. Analitiklərin qiymətləndirməsinə görə, 2015-ci ildə mobil telefonların tədarükü 3,3 faiz artaraq 1,94 milyard ədədə çatacaq. Növbəti iki ildə mobil telefonların tədarükünün 2 milyard ədədi ötəcəyi gözlənilir, - "DailyComm" yazır.
Bu il dünyada kompüter elektronikasının tədarükü 1,5 faiz artacaq
"Gartner" analitik şirkəti kompüter elektronikası bazarı üzrə proqnozu azaldıb. 2015-ci ildə istehsalçıların ümumilikdə 2,5 milyard qurğu, o cümlədən portativ və masaüstü fərdi kompüter, planşet, ultrabuk və mobil telefon buraxacağı gözlənilir.Proqnozlaşdırılan həcm 2014-cü ilin 2,4 milyard qurğu göstəricisindən 1,5 faiz çoxdur. Bundan əvvəl ekspertlər tədarük həcminin 2,8 faiz səviyyəsində olacağını gözləyirdilər.
Tədqiqatda həmçinin qeyd olunur ki, bu il istehlakçılar qurğuların alışına ümumilikdə 606 milyard dollar xərcləyəcək. 2014-cü ildə bu göstərici 642 milyard dollar təşkil edib. Qiymətləndirmə özünü doğrultsa, kompüter elektronikasının satışı 5,7 faiz aşağı düşəcək ki, bu da 2010-cu ildən ilk azalma olacaq.
Gələcəkdə müsbət dinamikaya qayıdış gözlənilir: 2016-cı ildə kompüter qurğularının satışının 616,6 milyard dollaradək artacağı, 2017-ci ildə 627 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, bütün növ fərdi kompüter, planşet və mobil telefonların növbəti iki ildə tədarükü 2,55 və 2,63 milyard ədəd səviyyəsində gözlənilir.
Qiymətləndirmənin dəyişməsi səbəbləri barədə danışan "Gartner"in tədqiqatlar üzrə direktoru Rancit Atval bildirib ki, proqnoz fərdi kompüterlərin Qərbi Avropa, Rusiya və Yaponiyada davam edən satışının aşağı düşməsi ilə əlaqədar azaldılıb. Tələbatın zəif olması ABŞ dollarının möhkəmlənməsinə görə kompüterlərin bahalaşması ilə izah edilir.
Hazırkı vəziyyəti nəzərə alan analitiklər bütün növ fərdi kompüterlərin (masaüstü kompüter, noutbuk və ultrabuklar) 2015-ci ildə tədarükünün 300 milyon ədəd səviyyəsində olacağını proqnozlaşdırırlar ki, bu da gözlənilən 314 milyon göstəricidən 4,4 faiz azdır. Artımın 2016-cı ildən tez bərpa olunacağı gözlənilmir. Ekspertlərin fikrincə, istehlakçılar yeni qiymətlərə alışdıqdan sonra "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən modellər satışı stimullaşdıra bilər.
Planşetlər kateqoriyasında da azalma gözlənilir: onların tədarükü 5,9 faiz - 207 milyonadək azalacaq. Bu qurğuların tədarükünün artmasına mane olan faktorlar arasında "Gartner" analitiki Roberta Kozza planşetlərin istismar müddətinin çox olmasını, yeni planşet modellərində əhəmiyyətli dəyişikliklərin olmamasını və smartfonların funksionallığının artmasını qeyd edib.
Mobil telefonlar artımın müşahidə olunduğu yeganə seqment olaraq qalır. Kompüterlərdən fərqli olaraq smartfonlar ucuzlaşmaqda davam edir. Bundan başqa, müsbət dinamikanı saxlamağı Çin başda olmaqla inkişaf etməkdə olan bazarlar dəstəkləyir. Bununla yanaşı, "Gartner" Çində tələbatın ödənilməsinə görə artımın zəifləyəcəyi barədə xəbərdarlıq edir. Analitiklərin qiymətləndirməsinə görə, 2015-ci ildə mobil telefonların tədarükü 3,3 faiz artaraq 1,94 milyard ədədə çatacaq. Növbəti iki ildə mobil telefonların tədarükünün 2 milyard ədədi ötəcəyi gözlənilir, - "DailyComm" yazır.
Baxış sayı: 564
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır